İÇUN – Çinin şm.-ş.-indә, Xeylunszyan әyalәtindә şәhәr. Əh. 729,2 min (2010). Tan vanxe çayı (Sunqari hövzәsi) sahilindә, Kiçik Xinqan silsilәsinin yamacında yerlәşir.
Ağac emalı vә qara metallurgiya, maşınqayırma, emal, kimya, elektroener getika, yüngül vә yeyinti sәnaye sahәlәri inkişaf etmişdir. Qızıl, gümüş, dәmir filizi, qurğuşun, sink, alüminium, mis hasil olunur.
K.t. bitkilәrinin ümumi әkin sah. 241046 ha-dır (2016); yığım (min t; 2016): taxıl – 739, çәltik – 275, qarğıdalı – 241, soya bitkilәri – 216, digәr k.t. bitkilәri –0,7. Heyvandarlıqda 86 min baş qaramal, o cümlәdәn 27 min baş inәk, 368 min baş donuz, 119 min baş qoyun, 6 669 300 mln. baş ev quşları (2016) yetişdirilir. Ət istehsalının ümumi hәcmi ildә 119 019 t, o cümlәdәn donuz әti 51 008 t, mal әti 10 670 t, qoyun әti 1 942 t, quş (toyuq) әti – 53 961 t; yumurta istehsalı 53 946 min әdәd, süd – 61642 t; dәniz mәhsulları – 4210 t-dur (2016).
Lind aeroportu (2009 ildәn) fәaliyyәt göstәrir. D.y. xәtti var. “Fenlin” qoruğu, U-in dövlәt-meşә parkı, dağ-xizәk idmanı bazaları vә s. var. Un-t (2000); Elm vә texnologiya muzeyi fәaliyyәt göstәrir.










