İDARƏ – hüquqi şәxsin idarәetmә, sosialmәdәni vә ya digәr qeyri-kommersiya xarakterli funksiyaların hәyata keçirilmәsi üçün yaratdığı tәşkilat. İ. hüquqi şәxs deyildir, hüquqi şәxsin tәsdiq etdiyi әsasnamә üzrә fәaliyyәt göstәrir.
Azәrb. Resp.-nın Mülki Mәcәllәsinә (1999) görә, İ. ona tәhkim edilmiş әmlak barәsindә qanunla müәyyәnlәşdirilmiş hәdlәr dә, öz fәaliyyәtinin mәqsәdlәrinә, hüquqi şәxsin tapşırıqlarına vә әmlakın tәyinatına uyğun sahiblik, istifadә vә sәrәncam hüquqlarını hәyata keçirir (maddә 54). İ.-nin öhdәliklәri üçün mәsuliyyәt İ.-ni yaratmış hüquqi şәxsin üzәrinә düşür. Dövlәt İ.-lәrinin vә digәr İ.-lәrin ayrı-ayrı növlәrinin hüquqi vәziyyәtinin xüsusiyyәtlәri qanunvericiliklә müәyyәnlәşdirilir.










