İDARƏ, s i n t a k s i s d ә – cümlәnin üzvlәri arasında qrammatik әlaqә növü. Tabe edәn sözün leksik xüsusiyyәtlәrinin tәlәbi ilә tabe sözün ismin hal şәkilçilәrini qәbul etmәsi. Azәrb. dilindә feillәr, qoşmalar, müqayisә mәqsәdilә işlәnәn sifәtlәr, ikinci vә üçüncü növ tәyini söz birlәşmәlәrinin ikinci tәrәfi kimi işlәnәn bütün sözlәr ismin hallarını İ. edә bilir.
Əd.: А б д у л л а й е в Я., С е й и д о в Й., Щ я с я н о в А. Мцасир Азярбайъан дили. Синтаксис. Б., 2007.










