İDARƏÇİLİK FORMASI – ali dövlәt hakimiyyәti orqanlarının (dövlәt başçısı, parlament, hökumәt) strukturu vә hüquqi vәziyyәti, habelә onların arasında qarşılıqlı münasibәtlәr qaydası. İ.f.-nın xarakteri ilk növbәdә ali dövlәt hakimiyyәtinin tәşkilindәn irәli gәlir. Dövlәt başçısının (respublikada seçkili, monarxiyada irsi) hüquqi statusu İ.f.-nın başlıca, müәyyәnedici әlamәtidir. Müasir dövlәtlәr üçün iki İ.f. sәciyyәvidir: monarxiya vә respublika.










