İDARƏEDƏN QÜVVƏ – hәrәkәtin idarә olunması üçün zәruri olan stabillәşmәnin, kütlә mәrkәzinә nәzәrәn dönmәlәrin (oriyentasiyanın) vә kütlә mәrkәzinin yerdәyişmәlәrinin tәmin edilmәsi üçün raket daşıyıcılarına vә ya kosmik aparata tәtbiq edilәn qüvvә. İ.q. idarәedәn momentin yaradılması üçün istifadә edilir.










