İDARƏETMƏ QURĞUSU – 1) h e s a b l a m a m a ş ı n l a r ı n d a – EHM-in mәrkәzi prosessorunun tәrkibindә qurğu; yerinә yetirilәn mәsәlәnin proqramına uyğun olaraq EHM-in bütün digәr qurğularının işinin koordinasiyasını tәmin edir. İ.q. bilavasitә hesablama vә yaddaş qurğuları, hәmçinin informasiyanın giriş-çıxış qurğuları ilә (adәtәn, interfeys vasitәsilә) bağlıdır. Ünvan vә әmrlәr registrlәri; әmrlәr sayğacı; әmәliyyatlar deşifratoru; әmrlәr kodlarının saxlanılması vә şifrәlәnmәsini, hesablama prosesinin aparılması üçün zәruri olan idarәedici siqnallar ardıcıllığının formalaşdırmasını vә ötürülmәsini tәmin edәn digәr bloklardan ibarәtdir. 2) a v t o m a t i k a d a – avtomatik idarәetmә (tәnzimlәmә) sisteminin qurğusu (vә ya qurğular toplusu); verilmiş idarәetmә mәqsәdinә, yaxud müәyyәnlәşdirilmiş tәnzimlәmә qanununa uyğun yaradılan idarәedici siqnallar vasitәsilә idarәolunan obyektә tәsir göstәrәrәk onun tәlәb olunan iş rejimini tәmin edir.










