İDARƏETMƏ SİSTEMLƏRİ İNSTİTUTU, AMEA, a k a d. Ə. H ü s e y n o v a d. İ d a r ә e t m ә S i s t e m l ә r i İ n s t i t u t u – nәzәri kibernetika, hesablama texnikası, hesablama riyaziyyatı, iqtisadi kibernetika, texniki kibernetika, avtomatlaşdırılmış idarәetmә sistemlәri vә s. sahәlәrdә tәdqiqat aparan elmi-tәdqiqat müәssisәsi (Bakıdadır). 1960 ildә Azәrb. SSR EA-nın hesablama mәrkәzi müstәqil tәşkilat kimi tәsdiq edilmişdir. 1965 ildә Hesablama Mәrkәzinin әsasında Kibernetika İn-tu yaradılmışdır. 1971 ildә İn-tun nәzdindә tәsәrrüfat hesablı “Avtomatlaşdırılmış İdarәetmә Sistemlәri” şöbәsi (bu şöbә әsasında 2002 ildә müstәqil İnformasiya Texnologiyaları İnstitutu tәşkil olundu) yaradılmışdır. Kibernetika İn-tu “Respublika Avtomatlaşdırılmış İdarәetmә Sistemlәri” yaradılması üzrә baş tәşkilat tәyin edildi. 2014 ildә Nazirlәr kabinetinin qәrarı ilә in-tun adı dәyişdirilәrәk “İdarәetmә Sistemlәri İnstitutu” olmuşdur. İn-tun әsas fәaliyyәt istiqamәtlәri: sәnaye obyektlәrinin rentabelliyinin artırılmasına vә rәqabәtә dözәn mәhsul istehsalına imkan verәn hibrid informasiya texnologiyalarının vә intellektual idarәetmә sistemlәrinin yaradılması; iqtisadi vә istehsalat proseslәrinin modellәşdirilmәsi, identifikasiyası, optimallaşdırılması vә idarәolunması; intellektual texnologiyaların vә informasiya-telekommunikasiya sistemlәrinin yaradılması vә s. Hazırda İn-tda identifikаsiyа üsulları vә idarәetmә sistemlәri; texniki vә ekoloji sistemlәrin texnoloji proseslәrinin riyazi modellәşdirilmәsi; siqnаllаrın tanınması üsulları vә texniki diaqnostika sistemlәri; idarәetmәnin nәzәri problemlәri; teletrafik nәzәriyyәsi; yeni nәsil “intellektual, robast-hibrid, nәzarәt, diaqnostika, proqnozlaşdırma vә idarәetmә sistemlәrinin yaradılması; müxtәlif tәyinatlı sistemlәrdә qәrarqәbuletmә üsullаrı; sosiаl-iqtisаdi sistemlәrin modellәşdirilmәsi istiqamәtlәrin dә fundamental nәzәri vә tәtbiqi elmi tәdqiqat işlәri yerinә yetirilir. İn-tda 6 şöbә, 26 laboratoriya, dissertasiya şurası fәaliyyәt göstәrir. Tәşkil olunduğu vaxtdan 1965 ilә kimi tex.e.d., prof. S.Əlәsgәrov, 1965–70-ci illәrdә akad. Ə.Hüseynov, 1970–88-ci illәrdә akad. C.Allahverdiyev, 1988– 2021 illәrdә Əmәkdar elm xadimi, akad. T.Əliyev in-ta rәhbәrlik etmişdir. 2021 ildәn intun direktoru akad. Ə.Abbasovdur.










