Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İDDİA 
    İDDİA – prosessual vә maddi-hüquqi mәnada tәtbiq edilәn hüquqi kateqoriya. Prosessual mәnada İ. konkret şәxsin (şәxslәr qrupunun) pozulmuş (mübahisәli) hüququnun, yaxud qanuni mәnafeyinin müdafiәsi haqqında mәhkәmәyә müraciәt formasında edilәn tәlәbdir. Maddi-hüquqi mәnada İ. iddiaçının cavabdehә konkret maddi-hüquqi münasibәtdәn (mülki, ailә, әmәk vә s.) irәli gәlәn tәlәbidir.
    İ. anlayışı (actio) tarixәn Roma hüququnda formalaşmağa başlamışdır. Romalı hüquqşunas üçün mәhkәmәyә müraciәt (prosessual hәrәkәt) hәmişә maddi hüquqa (maddi-hüquqi tәlәbә) әsaslanırdı. İ.-nı yalnız “prosesә başlama” naminә irәli sürmәk qadağan edilirdi, çünki mәhkәmәyә müraciәtdәn öncә işә ibtidai baxış gedişindә işin maddi-hüquqi perspektivlәri haqqında mәsәlә hәll olunurdu. Bununla da Roma hüququnda mәhkәmә müdafiәsi maddi hüququ doğururdu. “İ.” anlayışına mәhz belә yanaşma sonralar “maddi-hüquqi mәnada İ. hüququ” nәzәriyyәsinin yaranmasına mühüm tәsir göstәrdi. Bu nәzәriyyәnin әsas yaradıcılarından olan tarixi hüquq mәktәbinin nümayәndәsi F.K. fon Savinyi müvafiq hüququ yalnız İ.-nın prosessual icrası zamanı yaranan mәcburi maddi hüquq kimi nәzәrdәn keçirirdi.
    Tәlәb vә İ. hüququnun fәrqini ilk dәfә alman alimi B.Vindşeyd göstәrmiş, subyektiv hüququ ilkin hüquq (prius), onun mәhkәmәdә müdafiәsini isә bu hüququn nәticәsi (posterius) kimi araşdırmışdır. Digәr alman alimi T. Muter öz tәbiәtinә, mәzmununa vә subyektlәrinә görә fәrqli, lakin bir-biri ilә әlaqәli olan iki hüququn – mülki maddi tәlәbin vә onun müdafiәsi üzrә ümumi tәlәbin (prosessual mәnada İ. hüququnun) mövcudluğunu әsaslandırmışdır. Vindşeyd vә Muterin görüşlәri 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә meydana gәlmiş konkret İ. hüququ nәzәriyyәsini hazırlamışdır. Konkret İ. hüququ nәzәriyyәsinin tәrәfdarları Muterin ideyalarını inkişaf etdirәrәk bu nәticәyә gәlmişlәr ki, yalnız müdafiә edilmәli hüququ olan şәxs öz tәlәbinin mәhkәmә müdafiәsi hüququna malik ola bilәr (alman hüquqşünasları A.Vax, K.Helviq vә b.). Belәliklә, İ. hüququ münasib mәhkәmә qәrarına olan hüquq demәkdir. Bu hüquq mәhkәmәdә müdafiә edilmәli subyektiv mülki hüquqa malik olan şәxsә mәxsusdur.
    Prosessual mәnada İ.-nın strukturu 3 elementdәn ibarәtdir: predmet, әsaslar vә mәzmun. İ.-n ı n p r e d m e t i mübahisәli subyektiv maddi hüquq (yaxud maddihüquqi tәlәb), yaxud iddiaçının mәhkәmәyә baxılmaq üçün verdiyi bütövlükdә hüquq münasibәtidir. İ.-n ın ә s a s l a r ı iddiaçının öz mübahisәli subyektiv hüququnu, tәlәbini, yaxud bütövlükdә hüquq münasibәtini (İ.-nın predmetini) әlaqәlәndirdiyi hüquqi faktlardır. İ.-n ı n m ә z m u n u iddiaçının göstәrdiyi mübahisәli maddi hüququn, yaxud qanunla qorunan mәnafeyinin müdafiәsi üsuludur (“İ.-nın xahiş elementi”). İ-nın elementlәrә ayrılması yalnız nәzәri deyil, hәm dә praktiki әhәmiyyәtә
    malikdir. Predmetә vә әsaslara görә İ.-nın fәrdilәşdirilmәsi hәyata keçirilir vә bununla da mәhkәmәdә eyni İ.-ların baxılması imkanı istisna edilir. 1-ci instansiya mәhkәmәsindә mәhkәmә baxışı gedişindә ümumi qaydada İ.-nın әsaslarının, yaxud predmetinin dәyişdirilmәsi mümkündür. İ.-nın әsasları mәhkәmәnin öncәdәn iş üzrә sübutetmә predmetinә daxil etdiyi hallardır.
    İ.-nın prosessual tәsnifatı İ.-nın elementlәri әsasında hәyata keçirilir. Bununla әlaqәdar tәsdiqetmә, tәqdimetmә vә dәyişdirmә haqqında İ.-lar fәrqlәndirilir. T ә s d i q e t m ә (müәyyәnlәşdirici) İ.-ları mübahisәli subyektiv hüququn (qanuni mәnafeyin), yaxud bütövlükdә hüquq münasibәtinin mövcud olmasının, yaxud olmamasının tәsdiq edilmәsinә yönәlmişdir. Buna görә onun predmeti, bir qayda olaraq, hәlә konkret şәxs tәrәfindәn pozulmamış, lakin movcudluğunun qeyri-müәyyәn olması sәbәbindәn mübahisә doğuran subyektiv hüquq, yaxud hüquq münasibәtidir. Tәsdiqetmә haqqında İ.-ların әsası mübahisә doğuran subyektiv hüququn, yaxud qanunla qorunan mәnafeyin mövcud olmasını vә ya olmamasını tәsdiq edәn hallardır. Mәzmununa görә isә bu cür İ.-lar müvafiq subyektiv hüququn, hüquq münasibәtinin, yaxud qanuni mәnafeyin mövcud olmasını tәsdiq vә ya inkar etmәk haqqında mәhkәmәyә ünvanlanmış xahişdәn ibarәtdir. T ә q d i m e t m ә (icraedici) İ.-ları pozulmuş subyektiv hüquq vә qanunla qorunan mәnafelәrin başlıca prosessual müdafiәsi vasitәsidir (mәs., müqavilә üzrә öhdәliklәrin yerinә yetirilmәsi haqqında İ.). Bu cür İ.-nın predmeti maddi-hüquqi tәlәb, yaxud subyektiv hüququn pozulmasıdır (bütövlükdә hüquq münasibәti). Tәqdimetmә İ.-sında subyektiv hüquq pozulmuş vәziyyәtdә olduğundan, onun әsası kimi iki qrup fakt çıxış edir: pozulmuş subyektiv hüququn (bütövlükdә hüquq münasibәtinin), yaxud qanunla qorunan mәnafeyin mövcud olması ilә bağlı faktlar vә subyektiv hüququn (bütövlükdә hüquq münasibәtinin), yaxud qanunla qorunan mәnafeyin pozulmasını sübut edәn faktlar. İddiaçının mәhkәmәyә cavabdeh üzәrinә müәyyәn hәrәkәti etmәk, yaxud etmәmәk haqqında öhdәlik qoyması xahişi tәqdimetmә İ.-sının mәzmununu tәşkil edir.  D ә y i ş d i r m ә (konstitutiv) İ.-ları artıq mövcud olan mübahisәli subyektiv hüququn, yaxud hüquq münasibәtinin dәyişdirilmәsinә vә ya xitamına yönәlir (mәs., nikahın pozulması haqqında İ.). Bu cür İ.-ların predmeti mövcud mübahisәli maddi hüquq münasibәtinin (subyektiv hüququn) birtәrәfli qaydada dәyişdirilmәsi vә ya xitam verilmәsi hüququndan doğan tәlәbdir. Onun әsasını subyektiv maddi hüququ (bütövlükdә hüquq münasibәtini) vә belә hüquq münasibәtinin (subyektiv hüququn) birtәrәfli qaydada dәyişidirilmәsi vә ya xitamolunma hüququnu tәsdiq edәn hallar tәşkil edir. Dәyişdirmә İ.-larının mәzmunu mübahisәli maddi hüquq münasibәtini (subyektiv hüququ) birtәrәfli qaydada (digәr tәrәfin razılığı olmadan) dәyişdirmәk vә ya xitam vermәk haqqında mәhkәmәyә ünvanlanmış xahişdәn ibarәtdir.
    Maddi anlamda İ. maddi-hüquqi әlamәtә görә növlәrә bölünür: mülki, mәnzil, әmәk, torpaq vә digәr hüquq münasibәtlәrindәn irәli gәlәn İ.-lar. Müdafiә olunan mәnafelәrin xarakterinә görә şәxsi; ümumi vә dövlәt mәnafelәrinin müdafiәsinә yönәlәn; digәr şәxslәrin hüquqlarının müdafiәsinә yönәlәn; qrup; vasitәli (dolayı) İ.-lar fәrqlәndirilir. Şәxsi İ. iddiaçı tәrәfindәn öz hüquq vә qanuni manәfelәrinin müdafiәsi mәqsәdilә verilir. Ümumi vә dövlәt mәnafelәrinin müdafiәsi mәqsәdilә verilәn İ.-ların tәşәbbüskarı rolunda prokuror vә qanunla sәlahiyyәt verilmiş digәr orqanlar çıxış edir (mәs., özәllәşdirmә әqdlәrinin etibarsız sayılması haqqında prokuror İ.-sı, valideynlik hüquqlarından mәhrum edilmәsi haqqında qәyyumluq vә himayәçilik orqanının İ.-sı). Qrup İ.-ları işә başlama anında fәrdilәşdirilmәsi qeyri-mümkün olan bir qrup vәtәndaşın, yaxud tәşkilatın mәnafelәrini müdafiә etmәk mәqsәdilә qanunla sәlahiyyәti olan şәxslәr tәrәfindәn verilir (mәs., cavabdeh-satıcının qeyri-müәyyәn sayda istehlakçıya münasibәtdә fәaliyyәtinin qanunazidd sayılması haqqında inhisarçılığa qarşı orqanların İ.-sı). Vasitәli, yaxud dolayı İ.-lar irәli sürülmüş tәlәbdә dolayı marağı olan şәxs tәrәfindәn digәr şәxslәrin mәnafelәrinin müdafiәsi mәqsәdilә verilir (mәs., sәhmdar cәmiyyәtinin mәnafelәrini qorumaq mәqsәdilә direktorlar şurasının qanunazidd hәrәkәtlәri sәbәbindәn vurulmuş zәrәrin ödәnilmәsi haqqında sәhmdarın İ.-sı).
    İ.-nın xüsusi növlәrindәn biri dә cavabdehin ona qarşı irәli sürülmüş İ.-dan müdafiә olunmaq üçün proses gedişindә irәli sürdüyü
    q a r ş ı l ı q l ı İ.-dır. İlk vә qarşılıqlı İ.-ya birlikdә baxılması onlar arasında müәyyәn hüquqi әlaqәnin mövcudluğu şәraitindә mümkündür ki, bu da aşağıdakı şәrtlәrdәn birinin olmasında әksini tapır: qarşılıqlı tәlәb ilk tәlәbin qarşılıqlı ödәnilmәsinә yönәlmişsә; qarşılıqlı İ.-nın tәmin edilmәsi ilk İ.-nın tam vә ya qismәn tәmin edilmәsini aradan qaldırırsa; onlar arasında qarşılıqlı әlaqә vardırsa vә onlara birlikdә baxılması mübahisәlәrә daha tez vә düzgün baxmaqla nәticәlәnәrsә.
    İ.-n ı n v e r i l m ә s i. Qanun prosessual mәnada İ. hüququnu şәxsin konkret iş üzrә İ. vermәk hüququnun olması ilә bağlı hallarla şәrtlәndirir (ilkin şәrtlәr). İ. vermәk hüququnun ilkin şәrtlәri iki qrupa – tәsdiqlәyici vә inkaredici şәrtlәrә bölünür. Qanunun konkret mülki işlәrin müvafiq mәhkәmәlәrә (ümumi yurisdiksiyalı mәhkәmәlәrә, yaxud arbitraj mәhkәmәlәrinә) aidiyyәti tәlәbi tәsdiqlәyici şәrtdir. İş üzrә predmeti, әsası vә tәrәflәri üst-üstә düşәn (eyni mübahisә) qanuni qüvvәyә minmiş mәhkәmә qәrarının olmaması, hәmçinin eyni mübahisә üzrә münsiflәr mәhkәmәsi qәrarının olmaması inkaredici şәrtdir. Hakim İ. әrizәsini qәbul edәrkәn, İ. vermәk
    hüququnun ilkin şәrtlәrini yoxlayır. Bu şәrtlәr olmadıqda hakim İ. әrizәsini qәbul etmir. Bu hallar mübahisәyә baxılması zamanı aşkarlandıqda, mәhkәmә iş üzrә icraata xitam verir.
    Prosessual qanunvericilik İ.-nın verilmәsinin müәyyәn qaydasını nәzәrdә tutur. İ. әrizәsinin forma vә mәzmunu qanunla müәyyәnlәşdirilmiş tәlәblәrә cavab vermәlidir. Əks halda hakim İ. әrizәsinin qaytarılması haqqında qәrardad çıxarır. İ. әrizәsinin qaytarılması haqqında qәrardaddan şikayәt verilә bilәr. Qәrardad lәğv edildikdә, İ. әrizәsi mәhkәmәyә müraciәt edildiyi gündәn verilmiş hesab edilir. İ. әrizәsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dәfә mәhkәmәyә müraciәt etmәyә mane olmur. Bundan әlavә, iddiaçı qanunla nәzәrdә tutulmuş hallarda mübahisәnin mәhkәmәyә qәdәr hәlli qaydasına әmәl etmәlidir. Mәhkәmәyә yalnız fәaliyyәt qabiliyyәtli şәxs müraciәt etmәli, İ. әrizәsi yalnız iddiaçı, yaxud onun sәlahiyyәtli nümayәndәsi tәrәfindәn imzalanmalıdır.
    Maddi-hüquqi mәnada İ. hüququ şәxsin subyektiv maddi hüququnun pozulduğu andan yaranır. Hüququ pozulmuş şәxsin İ.-sı ilә hüququn müdafiәsi üçün müddәt İ. müddәti sayılır. İ. müddәti әrzindә subyektiv maddi hüquq mәhkәmә tәrәfindәn mәcburi icraya yönәldilmәyә hazırlıq vәziyyәtindә olur. İ. müddәtinin başa çatması İ.-nın verilmәsini istisna etmir, lakin mәhkәmәnin İ.-dan imtina etmәsinә әsas verir.
    Bir çox ölkәdә İ. mәhkәmә müdafiәsinin universal vasitәlәrindәn biridir vә yalnız mülki, ailә, әmәk, mәnzil, ekoloji vә digәr hüquq münasibәtlәrindәn meydana gәlәn mübahisәlәri qaldırmaq üçün deyil, hәm dә inzibati hüquqi münasibәtlәrdә yaranmış mübahisәlәr zamanı istifadә edilir (Almaniya, B. Britaniya, ABŞ vә s.).
    Azәrb. Resp.-nda İ.-nın verilmәsi qaydası, onun forma vә mәzmunu, mәhkәmәdә baxışı, hәmçinin İ. müddәti mәsәlәlәri Azәrb. Resp.-nın Mülki Mәcәllәsi (1999) vә Mülki Prosessual Mәcәllәsi (1999) ilә tәnzimlәnir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 