İDDİAÇI, m ü l k i h ü q u q d a – pozulmuş vә ya mübahisәli hüququn, qanunla qorunan mәnafelәrin müdafiәsi üçün mәhkәmәyә, iqtisad mәhkәmәsinә, yaxud münsiflәr mәhkәmәsinә iddia әrizәsi ilә müraciәt edәn fiziki, hәmçinin hüquqi şәxs. Mülki prosesdә öz hüquqlarını pozulmuş vә ya mübahisәli hesab edәn vәtәndaş, yaxud hüquqi şәxs o zaman İ. hesab edilir ki, onun hüquqlarının müdafiәsi üçün mülki iş başlanmış olsun.










