İDDİANIN TƏMİN EDİLMƏSİ – pozulmuş subyektiv maddi hüququn, yaxud qanunla qorunan mәnafeyin mәhkәmә müdafiәsi tәminatı. Hakim işdә iştirak edәn şәxsin әrizәsi ilә iddianı tәmin etmәk üçün tәdbirlәr görә bilәr. İ.t.e.-nә prosesin istәnilәn mәrhәlәsindә yol verilir. Azәrb. Resp.-nın Mülki Prosessual Mәcәllәsinә (1999) görә, gәlәcәkdә qәtnamәnin icrasını tәmin etmәk mәqsәdi ilә iddianı tәmin etmәk barәdә hakimin qәbul etdiyi qәrar dad müvәqqәti xarakter daşıyır vә işi qabaqcadan mahiyyәti üzrә hәll etmir (maddә 157).
Mәhkәmәdә İ.t.e. üçün aşağıdakı tәdbirlәr görülә bilәr: cavabdehdә vә ya digәr şәxslәrdә olan cavabdehә mәxsus әmlak üzәrinә hәbs qoymaq; müәyyәn hәrәkәtlәri etmәyi cavabdehә qadağan etmәk; mübahisә predmetinә aid olan müәyyәn hәrәkәtlәri etmәyi başqa şәxslәrә qadağan etmәk; әmlakı hәbsdәn azad etmәk haqqında iddia tәqdim edildikdә әmlakın satılmasını dayandırmaq; borclu tәrәfindәn mәhkәmә qaydasında qanuniliyi mübahisә doğuran tәlәbin icra sәnәdi üzrә alınmasını dayandırmaq; icrası mübahisәsiz qaydada aparılmalı olan tutulmalar üzrә qanuniliyi iddiaçı tәrәfindәn mәhkәmә qaydasında mübahisә edilәn tәlәbin icra sәnәdi vә ya digәr sәnәd üzrә alınmasını dayandırmaq. İ.t.e. haqqında әrizәyә mübahisәni hәll edәn hakim tәrәfindәn, daxil olduğu gündәn sonra tәxirә salınmadan baxılır. Hakim әrizәyә baxılmasının nәticәsi haqqında qәrardad çıxarır vә qәrardad barәdә işә onların iştirakı olmadan baxılmış işdә iştirak edәn şәxslәrә dәrhal xәbәr verilir. İ.t.e. haqqında qәrardad dәrhal icra edilir.
İ.t.e. mәhkәmәnin tәşәbbüsü ilә vә ya tәrәflәrin xahişi ilә hәmin mәhkәmәnin özü tәrәfindәn lәğv oluna bilәr. İ.t.e. mәsәlәlәri üzrә bütün qәrardadlardan şikayәt vermәk mümkündür. Qәrardaddan şikayәt verilmәsi hәmin qәrardadın icrasını dayandırmır. İddianın rәdd edilmәsi haqqında qәtnamә qanuni qüvvәyә mindikdәn sonra cavabdeh İ.t.e. ilә әlaqәdar mәhkәmә tәrәfindәn tәdbirlәrin görülmәsi nәticәsindә vurulmuş zәrәri iddiaçıdan tәlәb etmәyә haqlıdır.










