Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İDENTİFİKASİYA 
    İDENTİFİKASİYA (son lat. identifico – eynilәşdirmәk), i d e n t i k l ә ş d i r m ә – 1) sosiologiyada: fәrdin sosial mәkanda, sosial qrup vә birliklәrdә, hәmçinin onların qarşılqlı fәaliyyәt sistemindә özünümüәyyәnlәşdirmә prosesi. İnsanın öz identikliyini dәrk etmәsi İ.-nın nәticәsi kimi çıxış edir. Anlayışı ilk dәfә Z.Freyd tәtbiq etmişdir (“Qrup psixologiyası vә Eqonun tәhlili”, 1914). Sosiologiyada İ. problemi ilә ABŞ sosioloqları Ç.X.Kuli, C.Q.Mid, T.Parsons, fransız sosial psixoloqu S.Moskoviçi, ingilis sosioloqu Z.Bauman, alman filosofu vә psixoloqu E.Fromm mәşğul olmuşlar. İ.-nın sosial vә psixoloji mexanizmlәri özünü, yaxud başqa birisini bu vә ya digәr insanlarla, yaxud qruplarla (real vә ya xәyali) әlaqәlәndirmәk vә eynilәşdirmәkdir (özünüidentiklәşdirmә). Fәrd özünüidentiklәşdirmә prosesindә müxtәlif sosial nümunәlәri (davranış, qiymәtlәndirmә, görüş, dәyәr, norma, maraq, rol, status modellәri) nәzәrdәn keçirәrәk, özünü daha rahat hiss edәcәyi qrupu müәyyәnlәşdirir. Nәticәdә qrup әlamәtlәri, maraqları, rәylәri vә s. şәxsiyyәtin özünüdәrk komponentlәrinә çevrilir (H.Tajfel) vә o, tәfәkkürün, fәaliyyәtin sosial standartlarını mәnimsәyir (alman sosioloqu H.Abels). Sosial İ. hәmçinin özünü hansısa real, yaxud uydurulmuş şәxslә emosional-koqnitiv eynilәşdirmә, ona bәnzәmә vә ya birbaşa tәqlid etmә formasında reallaşa bilәr. Bu hal xüsusilә uşaq vә yeniyetmә yaşlarına xasdır.
    İ.-nın o b y e k t i v vәzifәsi fәrdi qrup vә qruplararası qarşılıqlı әlaqә vә fәaliyyәt sisteminә daxil etmәkdir. Onun  s u b y e k t i v zәrurәti isә fәrdin hәyatının, maraqlarının, digәr qruplardan gәlәn real, yaxud uydurulmuş tәhlükәlәr qarşısında özünüifadә ehtiyaclarının vә inkişafının müdafiәsini tәmin edәcәk birlik vә qruplara daxil olmaq sәylәri ilә şәrtlәnir.
    İ. inteqrasiyaedici (öz birliyi ilә birlәşmә) vә diferensiasiyaedici (başqalarından mәsafә saxlama) funksiyalarını yerinә yetirir. Sabit sosial vәziyyәtlәr üçün iyerarxiyalı İ. sәciyyәvidir: bu zaman insan özünü müxtәlif sәviyyәli birliklәrin (bәşәriyyәtin, xalqın, millәtin, orta tәbәqәnin vә s.) üzvü kimi dәrk edir. Dәyişәn cәmiyyәtlәrdә İ.-lar pozula, bir-birilә zәif әlaqәlәnә bilәr. Sosial İ. prosesi sonda insanın müәyyәn qrup üzvü kimi öz maraqlarının dәrki ilә nәticәlәndiyinә görә, onu sosial inkişafın, vәtәndaş cәmiyyәtinin formalaşmasının mexanizmlәrindәn biri kimi nәzәrdәn keçirmәk mümkündür.
    2) Kriminalistikada: mәhkәmә sübutları әldә etmәk üçün ümumi vә xüsusi әlamәtlәrin müqayisәli tәdqiqi yolu ilә konkret obyektin, yaxud şәxsiyyәtin eyniliyini müәyyәnlәşdirmә prosesi. “İ.” terminini ilk dәfә fransız kriminalisti A. Bertilyon istifadә etmişdir. 20 әsrin ortalarında maddi alәm obyektlәrinin fәrdiliyi, nisbi dәyişmәzliyi, onları sәciyyәlәndirәn vә İ.-nı reallaşdırmağa imkan yaradan әlamәtlәri aşkarlamağın mümkünlüyü prinsiplәrinә әsaslanan xüsusi İ. nәzәriyyәsi formalaşdı. Subyektdәn, obyektdәn vә İ. üsullarından asılı olaraq, tәhqiqat (mәs., tanınma üçün tәqdimetmә), cinayәt-qeydiyyat (kriminalistik hesabat mәlumatlarına әsasәn) vә ekspert (maddi-tәsbit olunmuş әlamәtlәrә görә) İ. fәrqlәndirilir. Mәhkәmә tәcrübәsindә şәxsiyyәtin yazı xәttinә, xarici görünüşünә, әl, ayaq, diş izlәrinә görә; möhür vә ştampların şәklinә görә; silahın güllә vә gilizlәrә görә; ayaqqabının izlәrә görә; sındırma alәtlәrinin sındırılma izlәrinә görә; nәqliyyat vasitәlәrinin protektor, tәkәr izlәrinә görә; bütöv әşyanın ayrı-ayrı hissәlәrinә (mәs., avtomobil farasının sınmış hissәlәri, cırılmış sәnәd vә s.) görә İ.-sı mühüm әhәmiyyәt kәsb edir. Kriminalistik İ. nәticәlәrinin tanınması üçün onlar iş üzrә sübutlar olaraq prosessual aktlar formasında ifadә edilmәlidir (tanınma üçün tәqdim etmә protokolu, ekspert rәyi).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 