İDENTİKLƏŞDİRİCİ, e y n i l ә ş d i r i c i – tanınma obyektlәrinin eynilәşdirilmәsi vә onların tәsnifatı üçün istifadә olunan әşya, effekt (tәzahür), simvol, xassәlәr yığımı vә s. Mәs., alqoritmik dillәrdә әmәliyyatların simvol-İ.-lәrindәn istifadә edilir; kassa vә ticarәt
avtomatlarında xırda pulların kütlәsi vә forması üzrә İ. tәtbiq olunur; namәlum kimyәvi birlәşmәnin İ.-si kimi onun kimyәvi vә fiziki xassәlәrinin mәcmusu götürülә bilәr.










