İDEOQRAFİK LÜĞƏTLƏR – dilin leksik tәrkibinin mәna cәhәtdәn yaxın olan sistemlәşdirilmiş söz qrupları şәklindә tәqdim olunduğu lüğәtlәr. Əlifba sıralı izahlı lüğәtlәr kimi İ.l. dә leksik vahidlәrin mәna vә mәzmununu izah edir. İ.l.-in әsas mәqsәdi ümumi anlayışla birlәşәn leksik va hidlәr mәcmusunu tәsvir etmәkdir; bu, oxuyucuya fikrini adekvat şәkildә ifadә etmәk üçün uyğun vasitәlәrin seçimini asanlaşdırır vә dilin fәal mәnimsәnilmәsinә kömәk göstәrir.
Mәlumatın sistemlәşdirilmәsinin ümumi metodoloji prinsiplәrindәn asılı olaraq, İ.l.-in ideoloji, analoji (assosiativ), tematik, şәkilli kimi әsas növlәri fәrqlәndirilir. İ d e o l o j i lüğәtlәrin tәrtibinin әsasında leksikanın bütün anlayışlarının mәzmununun mәntiqi tәsnifatı dayanır. A n a l o j i lüğәtlәrdә sözlәrin (söz birlәşmәlәrinin) sistemlәşdirilmәsi hәr hansı leksik vahidlә adlanan predmet vә mәfhumların psixoloji assosiasiyalarına әsaslanır. T e m a t i k lüğәtlәrdә sözlәr vә ya söz birlәşmәlәri müәyyәn mövzular üzrә qruplaşdırılır. Belә lüğәtlәr, adәtәn, tәdris yönümlü olur. Ş ә k i l l i lüğәtlәrdә oxucuya bu vә ya digәr sözün mәnasını daha yığcam vә tәsirli çatdırmaq üçün sözlәrin mәnası illustrasiya, şәkillәr vasitәsilә açılır. Bu cür lüğәtlәrdә dil materialının hәcmi konkret leksik dairә ilә mәhdudlaşır.
İ.l. müxtәlif növ leksikoloji vә etnoqrafik tәdqiqatlar üçün hәm tәcrübi, hәm dә nәzәri әhәmiyyәtә malikdir.










