Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İDEOLÓGİYA 
    İDEOLÓGİYA (yun. ίδέα – görünәn, görünüş, forma, anlayış + ...logiya) – müәyyәn siniflәrin, tәbәqәlәrin, qrupların, yaxud bütövlükdә cәmiyyәtin sosial maraqlarının mәğzini ifadә edәn, nәzәri olaraq formalaşdırılan ideyalar sistemi. İ. sosial reallığı konseptual izah edir vә onun cәmiyyәt, yaxud ayrı-ayrı sosial qruplar üçün arzuolunan, dәyәrlәr baxımından qәbuledilәn obrazını yaradır. Bu çәrçivәdә formullaşdırılmış mәqsәdlәrә çatmaq üçün fәaliyyәt proqramlarını da İ.-ya aid edirlәr. İ. әsasında ictimai (qrup) şüur vә davranış formalaşdırılır; bu mәnada onu sosial idarәetmә alәti, insanları siyasi vә digәr proqramların hәyata keçirilmәsi üzrә uzunmüddәtli fәaliyyәtә sәfәrbәretmә vasitәsi kimi nәzәrdәn keçirmәk olar.
    Hakimiyyәtin tәbiәti, әldә edilmәsi, saxlanılması vә reallaşdırılmasına dair ideyalar İ.-nın nüvәsini tәşkil edir. İ. inteqrasiyaedici vә diferensiasiyaedici funksiyaları eyni zamanda hәyata keçirir, müәyyәn ideya daşıyıcılarını birlәşdirir, onların kollektiv şüurunu, davranışını vә iradәlәrini formalaşdırır; onları başqa İ.-lı qruplardan ayırır, bәzәn isә qarşı-qarşıya qoyur. Bu vә ya digәr İ.-nın yaranması yalnız insanın vә sosiumun praqmatik maraqları tәmin etmәk sәylәrini deyil, hәm dә onun öz fәaliyyәtini mәnәvi dәyәrlәrә uyğunlaşdırma vә sosial ideal ehtiyacını әks etdirir.
    Hakimiyyәt vә aparıcı sosial qüvvәlәr tәrәfindәn dәstәklәnәn İ. hәmin cәmiyyәtin, yaxud qrupun üzәrinә öhdәlik qoya, onun  ideya-mәnәvi dәyәrlәrini formalaşdıra bilәr. İ.-nın institutlaşdırılması siyasi partiya vә hәrәkatların fәaliyyәti, tәşviqat, tәbliğat vә s. ilә hәyata keçirilir. Totalitar cәmiyyәtdә o, sosial varlığın vә şüurun әn müxtәlif sahәlәrindә kütlәvi-mәcburi qüvvәyә malikdir, onun dәstәklәnmәsi vә yayılmasına, demәk olar, bütün sosial institutlar – hakimiyyәt, hüquq, KİV, tәhsil vә s. cәlb edilir. Sosial yönümlüyü vә xarakterindәki öhdәlikqoyma İ.-nı dünyagörüşündәn fәrqlәndirir.
    İstәnilәn İ. mütlәq hәqiqәtin daşıyıcısı olduğuna iddialıdır. Lakin dindәn fәrqli olaraq, İ.-nın mәzmunu prinsipcә insan tәcrübәsi ilә yoxlanıla bilәn nisbi hәqiqәtdir. Sosial vәziyyәt dәyişkәn olduğundan, İ.-lar dinlәr kimi uzunömürlü olmur, nadir hallar da aktuallığını vә sistemliliyini bir neçә onillikdәn çox saxlaya bilir. İ. müәyyәn vәziyyәtlәrdә dinlә assosiasiya oluna vә әksinә, sonuncunun zәiflәmәsi şәraitindә onun dünyәvi әvәzlәyicisi kimi çıxış edә bilәr. J.J.Russo cәmiyyәtdә hökmran olan dünyәvi ideyaları “vәtәndaş dini” adlandırırdı (“İctimai müqavilә haqqında”). Amerika teoloqu R.Nibur 20 әsrdә üç әn mühüm İ.-nın (liberal, marksist vә faşist) meydana gәlmәsini Avropada xristianlığın tәsir gücünün zәiflәmәsi ilә әlaqәlәndirirdi. Dinin institutlaşdırılması da öz növbәsindә birbaşa din mәsәlәlәrindәn kәnara çıxan dini İ.-nın formalaşması ilә müşayiәt olunur.
    İ. elmdәn әlahiddә idrak vasitәsi, yaxud onun ilkin şәrti kimi çıxış edә bilmәz; İ.-nın elmә zorakı tәzyiqi sonuncunun sıradan
    çıxması ilә nәticәlәnә bilәr. Bununla yanaşı, elm İ.-nın ayrı-ayrı konsepsiya vә müddәalarını tәdqiq etmәklә, onun formalaşmasına yardım göstәrә bilәr.
    İ. fenomeni 200 ildәn artıqdır ki, elmi tәdqiqat predmetidir. “İ.” terminini (ideologie) ilk dәfә tәtbiq edәn fransız filosofu vә siyasәtçisi A.L.K.Destüt de Trasi (“Düşünmәk qabiliyyәti haqqında etüd”, 1796) onu ideyaların cәmiyyәtdә yayılmasını öyrәnәn elm kimi dәyәrlәndirmişdir. Marksizmdә bu termin geniş mәnada ictimai şüurun komponenti (siyasi, әxlaqi, hüquqi, dini komponentlә yanaşı) vә dar mәnada hakim sinfin öz maraqlarını hәyata keçirmәk mәqsәdilә formalaşdırdığı reallığın aldadıcı tәsәvvürü kimi fәrqlәndirilirdi. Alman sosioloqu vә filosofu K.Manheym ilk dәfә İ.-nı (cәmiyyәtdәki hökmran sosial qrupların ideyaları) vә utopik şüuru (hakimiyyәt uğrunda mübarizә aparan qrupların ideyaları) qarşı-qarşıya qoymuşdur.
    İ.-nın hamılıqla qәbul edilәn tipologiyası vә tәsnifat meyarları yoxdur. Belә ki, birliklәrin, qrupların müәyyәn zamandan sonra konkret İ. kimi formalaşan maraq vә ehtiyacları ictimai hәyatın müxtәlif sәviyyәdә vә müxtәlif sahәlәrindә (dövlәt vә ictimai quruluş prinsiplәrinin köklü dәyişikliyi, etnik vә mәdәni özünәmәxsusluğun tәsbit edilmәsi, dini identikliyin legitimlәşmәsi vә s.) lokallaşır. İdeoloqların şәxsiyyәt kimi mövqelәri dә İ.-nın tәmәl müddәalarına әhәmiyyәtli tәsir göstәrir (mәs., M.Tetçer әnәnәvi ingilis mühafizәkarlığının tamamilә yeni simasını yaratdı). Eyni zamanda, İ. әmәli siyasәt alәti olduğundan, çox zaman onu әsaslandıran arqumentlәr yalnız sistemli tәlәblәrә görә deyil, hәm dә praqmatik maraqlardan çıxış edәrәk seçilir vә bunun nәticәsindә bir çox ideoloji müddәalar eklektik sәciyyә daşıyır.
    “İdeologiyanın sonu” termininin müәllifi D.Bellә görә, İ. fenomeni sinfi mübarizәlәr vә sosial münaqişәlәr kimi sәciyyәvi cәhәtlәrә malik sәnaye cәmiyyәtinә xasdır. Kütlәvi istehlak cәmiyyәtindә sosial hәyatın müvafiq tәrәflәri aradan qalxır, yaxud әhәmiyyәti azalır, belәliklә İ.-ya ehtiyac da qalmır (Amerika sosioloqları X.Arendt, R.Aron, Z.Bzejinski, S.Lipset, E.Şilz dә bu fikirdәdirlәr). Frankfurt mәktәbinin davamçıları İ.-nı bir qәdәr fәrqli mövqedәn tәnqid edir, onu insan azadlığını, yaradıcılığı mәhdudlaşdıran vә ideya basqısının alәti kimi çıxış edәn “yalançı şüur” adlandırırdılar (H.Markuze, “Birölçülü insan”, 1964). Müasir dünyada sistemli sosial ideyaların әhәmiyyәtini vurğulayan “yenidәn ideologiyalaşdırma” nәzәriyyәsi 1970–80-ci illәrdә ki ideologiyasızlaşdırma konsepsiyasının alternativi idi [alman politoloqu O.Lemberq (“İdeologiya vә cәmiyyәt”), Y.Barion (“İdeologiya nә demәkdir?”)]. 20 әsrin ortalarında İ. anlayışından sinfi-siyasi çalarları götürәn vә onu cәmiyyәtdә fәaliyyәt göstәrәn rәmzi sistemlәrlә әlaqәlәndirәn semiotik İ. konsepsiyaları yarandı (M.M. Baxtin, R.Bart, Y.Kristeva, U.Eko).
    Müasir dövrdә İ, әsasәn, struktur (İ. cәmiyyәtin mәnәvi hәyatının bir hissәsi kimi), genetik (mәnşәyi, müәyyәn sosial qüvvәlәrlә әlaqәsi), funksional (İ.-nın sosial funksiyaları), institusional (ideoloji aparatların konfiqurasiyası, ideoloji tәsir vә manipulyasiya metodları) cәhәtdәn araşdırılır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 