Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İDEOLOGİYASIZLAŞDIRMA KONSEPSİYASI 
    İDEOLOGİYASIZLAŞDIRMA KONSEPSİYASI – praktiki әhәmiyyәtlәrini itirdiklәrinә görә dünya üzrә hökmran siyasi ideologiyalardan imtina zәrurәtini әsaslandıran nәzәri sistem.
    İ.k.-na dair ideyalar Qәrb cәmiyyәt şünaslığında 2-ci dünya müharibәsindәn sonra yaranmış vә ideya qarşıdurmasının aktuallığını aradan qaldıran ETT şәraitindә bir-birinә әks iki dünya sisteminin dinc yanaşı yaşamasının mümkünlüyü haqqında illüziyaçı tәsәvvürә әsaslanmışdır. 19 әsr –20 әsrin әvvәllәri bu konsepsiya çәrçivәsindә ideologiyaların hökmranlığı vә mübarizәsi, 20 әsrin ortaları isә “sona çatması” dövrü kimi nәzәrdәn keçirilirdi. Siyasi ideologiyaların sonu haqqında ideyalar 1950-ci illәrdә bir çox mütәfәkkirlәr tәrәfindәn ifadә edilmişdi. Onların arasında A.Kamyu, R.Aron, O.Brunner, E.Şilz, S.Lipset vә b. var idi. Bütöv konsepsiya şәklindә bu ideyalar D.Bellin “İdeologiyanın sonu” (1960) kitabında yer almışdır. O, әsas “sol” vә “sağ” ideologiyaların “tükәnmә”sini ETT şәraitindә fәhlә sinfinin maraqlarının tәmin edilmәsi (bax Ümumi rifah dövlәti), fәhlә ixtisaslarının artan diferensiasiyası ilә әsaslandırırdı. Cәmiyyәt hәyatında ideologiyanın rolunun zәiflәmәsi yalnız bütün tәbәqәlәrin hәyat şәraitinin yüksәlmәsi vә sinfi qarşıdurmanın aradan qaldırılması ilә deyil, hәm dә siyasәt sahәsinin elmi sәmәrәlәşdirilmәsinin zәrurәti ilә әsaslandırılırdı. Bu mәnada İ.k. cәmiyyәtin rasional tәhlilinә, konkret elmi biliklәr әsasında siyasi qәrarların qәbuluna maneçilik törәdәn ideoloji doqmatizmә qarşı yönәlmişdi.
    Lakin 1960-cı illәrdә baş vermiş tarixi hadisәlәrin özü vә ideologiyanın sonu haqqında geniş diskussiyalar (diskussiyalar da hәmçinin U.Kristol, Ç.R.Mills, R.Bendiks, R.Dal, D.E.Apter vә b. iştirak etmişlәr) İ.k.-ndan imtina ilә nәticәlәndi. İ.k. hәr iki qütbә mәnsub siyasәtçilәr tәrәfindәn dә tәnqid olunurdu. Sosialist dünyasında o, iki sistemin konvergensiyası konsepsiyası ilә birlikdә marksizmә qarşı yeni mübarizә vasitәsi kimi, Qәrbdә isә siyasi hadisәlәrә prinsipial qiymәt vermәyә mane olan  liberal-mühafizәkar doktrina kimi qәbul edilirdi.
    İ.k. ideyaları SSRİ-dә yenidәnqurma vә ondan sonrakı sosialist sisteminin dağılması dövründә yenidәn aktuallaşdı. F.Fukuyama 1989 ildә “Tarixin sonu” mәqalәsindә qeyd edirdi ki, liberalizm ümumdünya qәlәbәsi qazandığına görә, ideologiyaların mübarizәsi mәnasızdır. İ.k.-nın prinsiplәri informasiya cәmiyyәti modellәrindә dә bәrpa olunur. 1990-cı illәrdә K.Keniçi tәrәfindәn işlәnib hazırlanmış “şәbәkә cәmiyyәti”nin qurulması layihәsindә qloballaşma, fәrdilәşmә vә liberallaşma ilә yanaşı ideologiyasızlaşdırma әsas dәyәr elan edilirdi.
    İdeologiyasızlaşdırma dalğaları yenidәn ideologiyalaşdırma, “soyuq müharibә” dövründә iki әsas ideologiya arasındakı qarşıdurmanın kәskinlәşmәsi, 21 әsrin әvvәllәrindә isә beynәlxalq terrorizmin güclәnmәsi, siyasi mübarizә vә milli identiklik problemlәrini radikallaşdıran qloballaşma proseslәri ilә ardıcıl şәkildә әvәzlәnmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 