İDER – Monqolustanın şm.-ında çay. Selenqa çayını sağdan әmәlә gәtirәn әsas qol. Uz. 452 km, hövzәsinin sah. 24,6 min km2- dir. Çox hissәdә enli dәrәdә axır. Əsasәn yağış suları ilә qidalanır. Yayda daşır. Aşağı axınında ortaillik su sәrfi 57 m3/san-dir. Noyabrdan aprelәdәk donmuş olur. Gәmiçiliyә yaramır.

İder çayı.










