İDXAL – әmtәә, әsәr vә xidmәtlәrin, intellektual fәaliyyәt mәhsullarının geri qaytarılma öhdәliyi olmadan xaricdәn ölkәnin gömrük әrazisinә gәtirilmәsi. İstiqamәtinә görә ixracın әksidir. İ.-a xaricdә fәaliyyәt göstәrәn milli tәşkilatlar üçün alınan әmtәә vә xidmәtlәr dә daxildir; reidxal xaricdә tәkrar emal olunmamış әmtәәnin alıcının imtinası ilә әlaqәdar geri qaytarılmasıdır. Tәyin olunmuş müddәtdә geriqaytarılma rüsum alınmadan hәyata keçirilir. Daha әvvәl idxal edilmiş әmtәәlәr ölkә daxilindә tәkrar emal olunmadan xaricә çıxarıldıqda ölkә İ.-ının hәcminә formal olaraq reixrac әmtәәlәrin dәyәri dә daxil edilir.
Xammal vә yarımfabrikatların (filiz vә qeyri-filiz mineralları, qara vә әlvan metallar, oduncaq, plastik kütlә, kimyәvi preparatlar, tikinti materialları vә s.) dünya üzrә İ. dәyәri maşın vә avadanlıqların İ. dәyәrindәn iki dәfә azdır. Hәr bir ölkәyә onun özün dә olmayan, yaxud kasad vә ya çәtin mәnimsәnilәn yataqlarla tәmsil edilәn xammal İ. olunur. Yarımfabrikatların İ.-ı da qismәn tәbii xammal şәraitindәn, hәmdә ölkәnin tәkrar emal sәnayesinin inkişafından, onun rәqabәtqabiliyyәtli olmasından asılıdır.

Ərzaq vә k.t. xammalının tәbii iqlim şәraitinin özünәmәxsusluğu sәbәbindәn ölkәdә istehsalı qeyri-mümkün olan növlәri İ. olunur. Dәrman preparatları da daxil olmaqla, geyim, ayaqqabı vә s. istehlak әmtәәlәrinin İ.-ı, ölkә sәnayesinin bu növ mәhsulları kifayәt qәdәr, yaxud tәlәb olunan çeşid vә keyfiyyәtdә istehsal edә bilmәmәsi ilә әlaqәdardır.
Azәrb. Resp. dünyanın 187 ölkәsi ilә ticarәt әmәliyyatları hәyata keçirmiş, mәhsullar 112 ölkәyә ixrac, 179 ölkәdәn idxal olunmuşdur (2017). İdxalın ümumi dәyәri 10,7 mlrd. dollar tәşkil etmiş (2020), onun xarici ticarәt dövriyyәsindә payı әvvәlki ilә nisbәtәn 36% azalmışdır. Əsas İ. әmtәәlәri: qaramal 9,7 min t, kartof 182,6 min t, buğda 1,3 mln. t, maye yanacaq 107 min t, qara metallardan yarımfabrikatlar 397 t. İ. olunmuş mәhsulların dәyәrinin 17,7%-i Rusiya, 15,9%-i Türkiyә, 14%-i Çin, 5,7%-i Almaniya, hәr biri 3,9% olmaqla ABŞ vә Ukrayna, 3,8 %-i İtaliya, 3,3 %-i İran, 2,5 %-i B.Britaniya, 2,3 %-i Yaponiya, 1,9 %-i Koreya, 1,6 %-i Fransa, 1,5 %-i Braziliya, 1,2 %-i
1-ci minilliyin sonu – 2–ci minilliyin әvvәllәrindә basmıl vә uyğur hökmdarlarının titulu. İ. titulu hәlә Hindistan, 1,1 %-i Belarus, 1,0 %-i Vyetnam, 18,7 %-i isә digәr ölkәlәr ilә aparılmış idxal әmәliyyatlarının payına düşmüşdür..










