İDİOFONLAR (idio ... + ... fon) – özü sәslәnәn musiqi alәtlәri sinfi. İ.-da titrәyәn vә ya vibrasiya edәn alәtin öz korpusu sәsinilkin mәnbәyidir. İ. sinfi, әsasәn, sәs çıxarma üsuluna görә fәrqlәnәn alәtlәrin bir neçә qrupunu özündә birlәşdirir: zәrb İ.-ı (bila, sinclәr, zәnglәr; membransız tәbillәr) müxtәlif borular (sәs bilavasitә korpusa zәrbә vurmaqla çıxarılır), ksilofonlar, metallofonlar, litofonlar (sәs müәyyәn qaydada bәrkidilmiş ağac, metal, yaxud daş lövhәlәrә vurmaqla çıxarılır); bir-birinә vurulan idiofon-sinclәr, kastanyetlәr, şax-şaxlar vә s.










