İDİOMLAR (yun. ἰδίωμα – xüsusiyyәt) – hәr bir dildә sәciyyәvi xüsusiyyәtlәrә malik, başqa dillәrә hәrfәn tәrcümә edilmәyәn, hissәlәrә ayrılmayan mәcazi söz birlәşmәlәri. Bütövlükdә vahid bir mәfhumu bildirir (mәs., әl-ayağa düşmәk, gözdәn pәrdә asmaq, fikrә getmәk vә s.). Bax hәmçinin Frazeologiya.










