İDMAN AKROBATİKASI – idman növü; tarazlığı saxlamaqla (balansirlәmә) vә bәdәnin dayaqlı vә dayaqsız fırlanması ilә müәyyәn akrobatik hәrәkәtlәrin icrası üzrә yarış. İ. a. üzrә yarışlara daxildir: kişilәr vә qadınların akrobatik tullanmaları, qadın, kişi vә qarışıq qoşa hәrәkәtlәr, qadınların (ikilik) vә kişilәrin (dördlük) qrup hәrәkәtlәri. Hәr bir proqram növü üzrә idmançılar 2 mütlәq vә 2 sәrbәst hәrәkәtlәr icra edirlәr: akrobatik tullanmalarda – hamar (salto daxil 180 dәrәcәdәn artıq olmayaraq çevrilmә) vә dolama (salto daxil 360 dәrәcәdәn az olmayaraq çevrilmә); qoşa vә qrup hәrәkәtlәrdә – sabit (balansirlәmә ilә) vә sürәtli (çaparaq gedәn at üstündә gimnastik hәrәkәtlәr).
İdmançıların çıxışları idman gimnastikasında qәbul edilmiş sistem üzrә qiymәtlәndirilir. Qәdimdәn bәdәn tәrbiyәsindә akrobatik tәmrinlәrdәn, 19 әsrdәn idman mәşqlәrindә vә ya idman gimnastikasında tәmrinlәrin bir hissәsindә, suyatullanma, konkidә fiqurlu sürüşmә, xizәk fristaylı, snoubordinq vә b. idman növlәrindә istifadә olunur. 10-cu Yay Olimpiya Oyunlarından (1932, Los-Anceles) başlayaraq akrobatik tullanmalar gimnastika üzrә yarışların proqramına ayrıca növ kimi daxil edilmişdir O vaxtdan hәmin növ üzrә yarışlar B. Britaniya, ABŞ vә b. ölkәlәrdә keçirilir. 1973 ildә Beynәlxalq İdman Akrobatikası Federasiyası yaradılmışdır; 1974 ildә Moskvada şәxsi birincilik üzrә ilk dünya çempionatı keçirilmişdir.1974–2014 illәrdә İ. a. üzrә 24 dünya çempionatı keçirilmişdir (1994 ilә qәdәr vә 2000 ildәn 2 ildә 1 dәfә; 1995–2000 illәrdә hәr il). 2002 ildәn proqrama qadın, kişi vә qarışıq duetlәr, kişi vә qadın qrup çıxışları daxildir. İ.a. 26-cı (1996, Atlanta) vә 27-ci (2000, Sidney) Olimpiya Oyunlarında üzrә nümunәvi çıxışlar baş tutmuşdur.
İ.a. Azәrb. Gimnastika Federasiyasının tәrkibinә daxil edilmişdir (1998).










