İDMAN MƏKTƏBLƏRİ – yüksәkixtisaslı idmançılar hazırlayan ixtisaslaşdırılmış tәlim-tәrbiyә müәssisәlәri. Ayrı-ayrı idman cәmiyyәtlәri yanında uşaq İ.m. 1936 ildә yaradılmışdır. Resp.-da 8 uşaq idman mәktәbi (1941), 15 könüllü idman cәmiyyәti (1958) fәaliyyәt göstәrmişdir. Azәrb.-da İ.m.-nin 2 әsas növü mövcuddur: Uşaq-gәnclәr idman mәktәblәri (UGİM) vә İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaqgәnclәr idman mәktәblәri (İOEUGİM). Bunlar öz fәaliyyәtlәrini uşaq, yeniyetmә vә gәnclәrin ahәngdar inkişafına, bәdәn tәrbiyәsi vә idman vasitәsilә onların sağlamlığının vә fiziki hazırlığının möhkәmlәndirilmәsinә yönәldәn mәktәbdәnkәnar, sosial mәqsәdyönlü müәssisәlәrdir. İ.m. yerlәşdiklәri әrazidә ümumtәhsil müәssisәlәri ilә birlikdә fiziki tәrbiyә işindә istiqamәtlәndirici rol oynayır, resp.-da yüksәk sәviyyәli idmançıların hazırlanmasının başlanğıc vә orta mәrhәlәlәrini әhatә edir. Azәrb. Resp.-nın Gәnclәr vә İdman Nazirliyinin strukturunda 30-dan çox, Tәhsil Nazirliyinin strukturunda isә 155-dәn çox uşaq-gәnclәr idman mәktәbi var (2019).










