Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İDNAKÁR 
    İDNAKÁR (Soldır şәhәr yeri I) – 9–13 әsrlәrә aid şәhәr yeri vә Soldır k. (indiki Udmurtiyanın Qlazov ş. әrazisindәdir) yaxınlığında onunla әlaqәdar olan arxeoloji abidәlәr kompleksi. Udmurt dilindә İ. rә vayәtlәrdәn mәlum olan bahadır İdnanın şәhәri demәkdir. Qazıntılar S.Q.Matveyev (1927–28), sistemli şәkildә isә M.Q.İvanova (1974–78, 1980–81, 1983–85, 1988–95, 1997 ildәn) tәrәfindәn aparılmışdır. Pızep vә Çepsa çayları yaxınlığında burunabәnzәr dağ qolunda yerlәşir; sah. tәqr. 40 min m2-dir. 9 әsrdә burun hissәsindәki sahәnin tәqr. 1/4-ini әhatә etmiş, sәdd vә xәndәklәrlә möhkәmlәndirilmişdi. 10 әsrdә yeni istehkamlar inşa edilәrәk sahәsi iki dәfә genişlәndirilmişdi; ehtimal ki, 11 әsrdә üçüncü sәdd vә xәndәk sәdlәri yaradılarkәn birinci sәdd әhәmiyyәtini itirmişdi (bir hissәsi dağıdılmış, yerindә istehsalat tikililәri
    yerlәşdirilmişdi). İkinci vә üçüncü sәdlәrin әsasını tәşkil edәn gil vә qum tәbәqәlәri, xarici yamacı möhkәmlәndirәn payalar izlәnilir. Ocaqları olan sıx cәrgәli yerüstü kәrtmә evlәr tәdqiq edilmişdir. Dәmirçilik vә zәrgәrlik sәnәtinin izlәri erkәn mәrhәlәdә burun hissәsindә, sonralar isә kәnar sahәlәrdә cәmlәnmişdir. Sümük üzәrindә oyma sәnәtinin nümunәlәri hәr yerdә qeydә alınmışdır. Yaxın Şәrq istehsalı olan muncuqlar vә sikkәlәr; keramika, ağ tuncdan hazırlanmış qablar, Volqa Bulqarıstanından gәtirilmә sümük mәmulatları; rus bәzәklәri, şistdәn hazırlanmış iylәr, daraqlar, qıfıllar, qızıl suyuna salınmış Skandinaviya sancağı, 10–12 әsrlәrә aid bәzәk dәfinәlәri, “M” hәrfinә bәnzәr monoqramı olan buynuzdan möhür aşkar edilmişdir. Arxeoloji materiallar, hәmçinin İdnanın udmurt dastanının bahadırları arasında xüsusi mövqeyi vә eksey (hәrfәn: hökmdar) mәqamına can atması, şәhәrsalma prosesini әks etdirәn İ.-ın şimali udmurtların mühüm mәrkәzi olduğunu tәsdiqlәyir. 13 әsrdә basqınlar nәticәsindә şәhәr hәyatı tәnәzzül etmişdir.
    Yaxınlıqda yerlәşәn 11–12 әsrlәrә aid torpaq mәzarlığı (Soldır III) İ. ilә әlaqәdardır: 92 meyit, bәzәklәr, geyim detalları, tunc haşiyәli dәri pul kisәsinin fraqmenti vә s. aşkar edilmişdir. İ.-ın ikinci vә üçüncü istehkam sәdlәri arasındakı torpaq mәzarlığında (Soldır IV) dәfn avadanlığı olmayan 11 qәbir (ehtimal ki, 18–19 әsrlәrә aid) var. İ.-ın әtrafında 4 kәnd yeri, Polom vә Çepsa mәdәniyyәtlәrinә (8–13 әsrlәr) aid böyük mәzarlıq (Çemşay), 13–14 әsrlәrә aid kiçik udmurt mәzarlığı (Bigerşay), gümüş külçәlәrdәn (5,7 kq) ibarәt dәfinә vә s. mәlumdur. İ.-dan 4 km aralı 10–12 әsrlәrә aid Sabançikar şәhәr yeri (Soldır II) vә s. yerlәşir. 1997 ildә ekspozisiyası Qlazovda olan Udmurtiya Resp.-nın “İdnakar” tarix vә mәdәniyyәt muzey-qoruğu yaradılmışdır.
    İdnakar şәhәr yerindәn 9–13 әsrlәrә aid tapıntılar: 1 – sümük daraq; 2 – saxsı qab; 3 – sümük asma. İdnakar muzey-qoruğunun fondu.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 