Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İDOMALAR 
    İDOMALAR (özlәrini belә adlandırırlar) – Nigeriyanın c.-ş.-indә (Benue ştatı) xalq. Mәrkәzi İ.-a (oturkpolar, akpotolar vә b. – Oturkpo ş. r-nunda, 305 min nәfәr; 2007), qәrbi İ.-a (okvoqalar, otukpalar, içamalar vә b. – Otukpa ş. r-nunda, 331 min nәfәr), şimali İ.-a (aqatular, oçekvular, adokalar vә b. – Benue ştatının şm.-ında, 113 min nәfәr) vә cәnubi İ.-a (iqumalelәr, aqalalar vә b. – Benuenin c.-unda İqumale vә İçama şәhәrlәri r-nunda, 93 min nәfәr) bölünürlәr. İdoma dilindә danışırlar. Dindarları, әsasәn, müsәlman, tәqr. 40%-i xristiandır, әnәnәvi inanclarını saxlayanlar da var.
    İ.-ın әksәriyyәti Nigeriyanın c.-ş.-indәki cukun xalqını, bir qismi isә iqalaları öz әcdadları hesab edirlәr. Ənәnәvi mәdәniyyәtlәri Cәnubi Afrikanın Qvineya yarımvilayәti üçün sәciyyәvidir. Əsas mәşğuliyyәtlәri tala әkinçiliyi (yams, darı, kalış, qarğıdalı) vә yağ palması becәrilmәsidir (palma yağı mühüm ixrac mәhsuludur). Bәzi qruplar balıqçılıqda ixtisaslaşmışlar, ovçuluq da saxlanılır. Dәmirçilik, toxuculuq, parça boyanması, dulusçuluq inkişaf etmişdir. İ.-ın bir hissәsi kömür mәdәnlәrin dә vә böyük şәhәrlәrin zavodlarında (Enuqu vә s.) işlәyir. Yaşayış mәskәnlәri dağınıq, cәnubi İ.-da isә sıx formadadır. Möhrәdәn tikilmiş dairәvi evlәri tәdricәn düzbucaqlı evlәr әvәz edir. Ağsaqqallar tәrәfindәn idarә olunan kәnd icması, böyük ailәlәr (ole), ömürlük seçilmiş lider vә ağsaqqallar şurası (aiiqabo) tәrәfindәn idarә edilәn liniclәr (ipoopu) vә yarımliniclәrdәn (ipooma) ibarәt olan, qohumluğa ata xәtti üzrә hesablanan tәşkilatlar (aje, ipaaje), yaş qrupları (eqo, ayeqo), gizli ittifaqlar (ayova) vә yarımgizli rәqs cәmiyyәtlәri (ayije), ov mәrasimlәri vә s. saxlanılır. Ənәnәvi kultları: tәbiәt qüvvәlәri; bәzәn qara rәnglә boyanmış (dәfn mәrasimlәrindә istifadә olunur), oturan qadın fiqurları (ekvotame) ilә әlaqәli әcdadlara sitayiş (alekvu); ali varlıq Ovonun (hәrfi mәnası – yağış), onun tәcәssümü sayılan Oturkpodakı pambıq ağacı; mәhsuldarlıq ruhları ancenu (onların tәsvirlәri ildә bir dәfә kәnddә tәntәnәli mәrasim ilә gәzdirilir). Dәfn mәrasimlәrindә bir neçә üzlü maskalardan istifadә edilir. Ayini ikenqa fiqurları, başlıq maskalar yayılmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 