Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İDRAK NƏZƏRİYYƏSİ
    İDRAK NƏZƏRİYYƏSİ, q n o s e o l o g i y a, e p i s t e m o l o g i y a – biliyin tәbiәti, imkanları, hüdudları vә hәqiqәtәuyğunluq şәrtlәri tәhlil edilәn fәlsәfә bölmәsi. Biliklә bağlı mәsәlәlәr hәlә antik fәlsәfәdә (sofistlәr, Platon, Aristotel) tәdqiq olunmuş, 17 әsrdәn isә Qәrb fәlsәfәsindә әsas problemlәrdәn biri kimi nәzәrdәn keçirilmişdir. Bu dövrdә tәşәkkül tapan klassik tipli İ.n.-ndә bir sıra xüsusiyyәtlәr qeyd oluna bilәr.
    Tәnqidçilik. Mahiyyәtcә ümumәn fәlsәfә mövcud әnәnәyә, xarici (tәbii vә sosial) mühit tәrәfindәn fәrdә qәbul etdirilәnlәrә inamsızlıq kimi meydana gәlir vә bu yolla mәdәniyyәtin tәnqidi qismindә çıxış edir. İ.n. adi sağlam düşüncәdә, konkret dövrә mәxsus elmdә, digәr fәlsәfi sistemlәrdә bilik hesab olunanın tәnqididir. İ.n. üçün ilkin çıxış nöqtәsi olan illüziyanın reallıqdan, hәqiqәtin yanlışdan fәrqi problemi Eleya mәktәbindә platonizmdә mülahizә vә bilik (doksa vә episteme – δόξα χαί επιστήμη) münasibәtlәri problemi şәklindә qoyulmuşdu. 17 әsrdәn başlayaraq, biliyin әsaslandırılması problemi diqqәt mәrkәzinә çәkilir, İ.n., ilk növbәdә, formalaşmış metafizik sistemlәrin vә qәbul edilmiş bilik sistemlәrinin müәyyәn bilik idealı nöqteyi-nәzәrindәn tәnqidi xarakterini alır
    (F.Bekon vә R.Dekartda sxolastik metafizikanın vә peripatetik elmin, İ.Nyuton fizikasında vә C.Berklidә materializmin, elәcә dә mütlәq mәkan vә zaman ideyasının tәnqidi, İ.Kantın “tәnqidi fәlsәfә”sindә әnәnәvi ontologiyanın qeyri-mümkünlüyünün nümayişi, K.Popperin mәntiqi empirizmindә verifikasiya vә tәnqidi rasionalizmdә falsifikasiya prinsiplәrinin tәtbiqi vә s.).
    Fundamentalizm vә normativizm. Klassik İ.n.-nin fundamentalizmi vә normativizmi tәnqidin çıxış nöqtәsi olan ideal biliyin özünün әsaslandırılması şәrtini nәzәrdә tutur. Yәni dәrk edәn şüurda faktiki olanı (orda olan hәr şey, mәs., qavrayış illüziyası, yaxud tәfәkkür yanlışlığı hansısa sәbәbә bağlıdır) normaya uyğun gәlәndәn fәrqlәndirmәk lazımdır. Platona görә, hissi qavrayış bilik verә bilmәz, yalnız riyaziyyatın öyrәtdiyi şeylәri hәqiqәtәn bilmәk olar (ona görә empirik fenomenlәr haqqında elm mümkün deyil, elmin idealı Evklid hәndәsәsidir). Aristotel isә hesab edirdi ki, tәcrübi elmin mövcudluğu mümkündür, lakin o, riyazilәşdirilә bilmәz. N.Kopernik vә Q.Qalileydәn sonra yaranmış yeni Avropa elmi eksperimentә әsaslanan riyazi tәbiyyat şünaslıq proqramını irәli sürdü.
    İ.n. hәm dә empirizmә rasionalizmә bölündü. Empirizm nöqteyi-nәzәrindәn әsasında ya duyğular (sensualizm), ya “hissi mәlumatlar” (neorealizm), ya da elementar protokol cümlәlәri (mәntiqi pozitivizm) duran hissi tәcrübә mәlumatlarına maksimum dәrәcәdә uyğun gәlәn bilik әsaslandırılmış sayıla bilәr. Rasionalizm yalnız fitri ideyalar sisteminә (R.Dekart, B.Spinoza), yaxud kateqoriyalar vә sxemlәr sisteminә aid olanı bilik qismindә nәzәrdәn keçirirdi (G.V.F.Hegel, neokantçılıq nümayәndәlәri).
    Klassik İ.n.-nin digәr prinsipial bölgüsü onun psixologistlәrә vә antipsixologistlәrә ayrılmasıdır (bax Psixologizm). Psixologistlәr üçün idrakın reallıqla әlaqәsini tәmin edәn norma şüurun empirik mәlumatının özündәdir vә İ.n. psixologiyaya әsaslanır. İdrak normalarının ümumiliyini vә zәruriliyini tәsdiq edәn antipsixologistlәr onların mәnbәyini adi empirik şüurdan fәrqli olan transsendental şüurda görürdülәr (İ.Kant, neokantçılıq, fenomenologiya). Bu halda psixoloji mәlumatların empirik tәhlili İ.n.-nin metodu ola bilmәzdi. Kant üçün bu, şüurun xüsusi transsendental tәhlili, fenomenologiya üçün isә şüurun mahiyyәt strukturlarının intuitiv tutulması vә onların tәsviri metodudur. Analitik fәlsәfәdә antipsixologizm dilin tәhlili olaraq mәnalandırılmışdır.
    Subyektmәrkәzçilik. Klassik İ.n.-ndә subyektin özünün mövcudiyyәti faktı üzәrindә bilik sisteminin qurula bilәcәyi şübhә doğurmayan bazis rolunda çıxış edir. Şüurdan xaricdә olan alәmin vә başqa insanların mövcudluğuna şübhә etmәk olar, lakin şüurun özündә mövcud olanlar şübhәsizdir. Empiriklәr üçün şüurda olan duyğular, rasionalistlәrә görә subyektin aprior şüur formaları şübhә doğurmayan statusa malikdir. Bu halda alәm (o cümlәdәn, başqa insanlar) ya duyğuların mәcmusu, ya da subyektin rasional şüur konstruksiyası kimi çıxış edir. Bu müddәanı müxtәlif realist mәktәblәr (neorealizm, tәnqidi realizm) tәnqid edirdilәr.
    Elmmәrkәzçilik. Yeni dövrdә elmin legitimlәşmәsi vasitәsi kimi çıxış edәn klassik İ.n.-nә görә, mәhz bu dövrün riyazi tәbiyyatşünaslığında tәmsil olunan elmi bilik ümumәn biliyin әn ali tipidir vә elmin (mәs., klassik fizika) alәm haqqında dediyi hәr şey hәqiqәtdә mövcuddur. Klassik İ.n.-nin bir çox problemlәri mәhz bu kontekstdә anlaşıla bilәr. Bununla yanaşı, 20 әsrin son onilliklәrindә bir sıra xüsusiyyәtlәrә malik qeyri-klassik İ.n. tәşәkkül tapmağa başladı.
    Posttәnqidçilik. İdrakın sıfırdan başlamasının vә bütün әnәnәlәrә inamsızlıq әsasında yaranmasının qeyri-mümkünlüyünün anlaşılması dәrk edәn fәrdin bunlardan birinә qoşulmasını nәzәrdә tutur. İ.n. tarixindә müxtәlif әnәnәlәr bir-birini tәnqidә mәruz qoysa da, biliyin inkişafı prosesindә üzә çıxır ki, bir zamanlar imtina edilmiş idrak әnәnәlәri yeni kontekstdә yeni mәna qazana bilәr (mәs., Qәdim Çin fәlsәfәsinin bir sıra evristik ideyaları sonrakı dövrlәrin alimlәri tәrәfindәn işlәnib hazırlanmış müxtәlif özünütәşkil sistemlәrinin tәrkibinә daxil olmuşdu).
    Fundamentalizmdәn imtina idrak normalarının dәyişkәnliyinin aşkarlanması, inkişafda olan idrak üçün sәrt, pozulmaz qaydaları formulә etmәyin qeyri-mümkünlüyü ilә әlaqәdardır. Müasir fәlsәfәdә bu vәziyyәtә müxtәlif reaksiyalar mövcuddur: fәlsәfi fәnn kimi İ.n.-ndәn imtina (L.Vitgenşteynin bir sıra davamçıları vә b.), onun fәlsәfi hermenevtika tәrәfindәn sıradan çıxarılması (R.Rorti); U.Kuaynın “naturalaşdırılmış epistemologiya”sı, J.Piajenin “genetik epistemologiya”sı, müasir koqnitiv elm çәrçivәsindә “eksperimental epistemologiya” (koqnitiv psixologiya ilә vә süni intellekt sahәsindә işlәmәlәrlә qarşılıqlı әlaqә dә tәdqiqatlar), müasir biologiyanın mәlumatları әsasında yaranmış tәkamüli epistemologiya [K.Lorents, G.Folmer (d.1943) vә b.] kimi tәdqiqat proqramlarının meydana gәlmәsi ilә müşaiyәt olunan yeni İ.n. anlamı.
    Subyektmәrkәzçilikdәn imtina. Müasir İ.n. dәrk edәn subyekti hәr hansı birbaşa verilmiş mövcudluq kimi deyil, ilkin olaraq real alәmә vә digәr subyektlәrlә münasibәtlәr sisteminә qoşulmuş mövcudluq kimi başa düşür. Mәhz bu cür obyektiv vә mәdәni tarixi mövcudluqdan çıxış edәrәk, fәrdi şüurun genezisi, kommunikasiya da daxil olmaqla, subyektlәrarası fәaliyyәtin mәhsulu kimi nәzәrdәn keçirilir.
    Elmmәrkәzçilikdәn imtina. Elm reallığın әn mühüm, lakin yeganә olmayan dәrki üsuludur vә o, mәs., adi biliyi prinsipial olaraq sıxışdırıb çıxara bilmәz. Elmi bilik elmәqәdәrki vә elmdәnkәnar bilik formaları vә tiplәrini yalnız nәzәrdә tutmur, hәm dә onlarla qarşılıqlı әlaqәdә olur vә bu әlaqә bir-birini tәnqid edәn, eyni zamanda bir-birindәn qarşılıqlı bәhrәlәnәn müxtәlif idrak әnәnәlәri arasındakı münasibәtlәrә bәnzәyir.
    Belәliklә, İ.n. psixologiyadan başlamış biologiyaya vә elm tarixinin araşdırmalarınadәk insan haqqında olan bir çox elmlәrin diqqәt mәrkәzindәdir. İnformasiya cәmiyyәtinin meydana gәlmәsi biliyin әldә edilmәsi vә assimilyasiyası problematikasını bütövlükdә mәdәniyyәt üçün mәrkәzi mövzulardan birinә çevirir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 