İDRİS I, M ә h ә m m ә d İ d r i s ә l M ә h d i ә s - S ә n u s i (12.3.1890, Caq bub – 25.5. 1983, Qahirә) – Liviya kralı [1951–69]. Sәnusiyyә sufi tәriqәtinin banisi Mәhәmmәd ibn Əli әs-Sәnusinin nәvәsidir. Tәriqәtin şeyxi (1916), Kirenaikanın (Şәrqi Liviya) әmiri olmuşdur.
1922 ilin yanvar ayında Tripolitaniya (Qәrbi Liviya) hökumәti ilә Liviyanın istiqlaliyyәti uğrunda mübarizәyә dair pakt bağlamış, hәr iki vilayәtin әmiri elan edilmişdir. Xarici münasibәtlәrdә B.Britaniya ilә әmәkdaşlıq xәttini götürmüşdür. İtaliyada faşistlәr hakimiyyәtә gәldikdәn sonra Liviyada döyüş әmәliyyatları yenidәn başlayanda Misirә mühacirәt etmişdir (1922, dekabr). İkinci dünya müharibәsi illәrindә Kirenaikada antifaşist Müqavimәt hәrәkatının fәaliyyәtini әlaqәlәndirmişdir. İtalyan alman qoşunları Şimali Afrikada darmadağın edildikdәn (1942–43) sonra dәfәlәrlә Liviyaya gәlmişdir. 1947 ildә Kirenaika hökumәtinin başçısı olmuş, 1949 ildә isә onu müstәqil әmirliyә çevirmişdir. 1950 ilin dekabrında Liviyanın Müәssislәr Mәclisi tәrәfindәn kral seçilmiş, 1951 il dekabrın 24-dә müstәqil Birlәşmiş Liviya krallığının kralı elan edilmişdir. Tayfa başçılarına arxalanaraq mühafizәkar daxili siyasәt yeritmişdir. 1963 ildә Liviyanı unitar dövlәt (Liviya krallığı) elan etmişdir. B.Britaniya vә ABŞ tәrәfindәn dәstәklәnirdi. 1969 il sentyabrın 1-dә M. Qәddafinin başçılığı ilә dövlәt çevrilişi nәticәsindә devrilmiş, әvvәl Yunanıstana, sonra Misirә mühacirәt etmişdir. 1974 ildә Liviyada qiyabi ölüm cәzasına mәhkum olunmuşdu.











