İDRİSOV Mәhәmmәd İbrahimoviç (19.3.1882, Kazan – 28.9.1948, Moskva) – poliqrafçı, xәttat, kartoqraf, vahid әrәb şriftlәri qrafikasının yaradıcısı, ilk peşәkar tatar kitab rәssamlarından biri. Naşir vә kitab taciri İ.İdrisovun ailәsindә doğulmuşdur. “Mәhәmmәdiyyә” (Kazan) mәdrәsәsindә tәhsil almışdır. 1905 ildә Türkiyә, Livan vә Misirә sәfәrlәr etmiş, xәttatlıq vә mәtbәә işini öyrәnmiş, әrәb, fars vә türk dili biliklәrini tәkmillәşdirmişdir. Kazanda “Millәt” mәtbәәsindә (mürәttib, oymacı, hәrftökәn, mühәndismexanik, tәşkilatçı vә müdir) işlәmişdir. İ.-un eskizlәrinә әsasәn mәtbәәdәki hәrftökmә emalatxanasında әrәb-türk şriftlәri hazırlanmışdır. Bu şriftlәr linotip yığısını tәtbiq etmәyә, әrәb-türk qrafikası әsasında yazı maşınlarını yaratmağa vә onların kütlәvi istehsalına imkan yaratmışdır. 1911 ildә alman mәtbәәlәrinin işini öyrәnmәk vә yeni texnologiyalara yiyәlәnmәk mәqsәdilә Almaniyaya ezam olunmuşdur. Kazanda ilk dәfә rәngli çap üsulunu coğrafi xәritәlәrdә, tatar mәktәblәri üçün qlobuslarda tәtbiq etmiş, tatar dilindә coğrafiya terminlәrini işlәyib hazırlamışdır. 1924 ildә Moskvada SSRİ xalqları Mәrkәzi nәşriyyatında hәrftökmә emalat xanasının müdiri tәyin edilmiş, әlifbası olmayan bir sıra SSRİ xalqları üçün şriftlәrin yaradılmasında iştirak etmişdir. SSRİ-dә bәzi türk xalqları latın qrafikasına keçәndәn sonra İ.-un hazırladığı әrәb qrafikası istifadәdәn çıxarılmış, lakin İkinci dünya müharibәsindәn sonra tәkmillәşdirilmiş formada bir sıra xarici ölkәdә (Misir, Suriya, Əfqanıstan, Hindistan vә s.) yayılmış vә 1960-cı illәrәdәk istifadә olunmuşdur. “SSRİ xalqları mәrkәzi nәşriyyatının әrәb şriftlәri, literlәri nümunәlәri” (Moskva, 1924) soraq kitabçasının, “Şriftin әsasları” (Moskva, 1926, tatar dilindә) vә s. kitabların, coğrafiya vә hesab dәrsliklәrinin müәllifidir.











