İFE, İ l e - İ f e – Nigeriyanın c.-q.-indә, Osun ştatında şәhәr. Əh. 565,6 min (2008). Laqos ş.-ndәn 100 km şm.-ş.-dә yerlәşir. Avtomobil yolları qovşağı.
Qәrbi Afrikada qәdim mәdәniyyәt mәrkәzlәrindәndir. 1-ci minilliyin ikinci yarısında İ. ooni (ilahilәşdirilәn hökmdar) tәrәfindәn idarә olunan şәhәr-dövlәt idi. 2-ci minillikdә yorubaların şәhәr-dövlәtlәrinin dini mәrkәzi olmuşdur. Yorubaların әnәnәvi tәsәvvürlәrinә görә, allahlar tәrәfindәn yaradılan ilk şәhәr İ.-dәn dünyanın, bәşәriyyәtin yaradılışı başlamış, dövlәtçiliyin әsasları vә çar hakimiyyәti buradan yayılmışdır. 1910 ildәn başlayan arxeoloji

İfe kralı. Terrakota. 12–16 әsrlәr. Bruklin muzeyi (Nyu-York).
qazıntılar 1930-cu illәrdәn ingilis vә nigeriyalı tәdqiqatçılar tәrәfindәn aparılmışdır. Ən qәdim mәdәni tәbәqә 6 әsrә, şәhәrin çiçәklәnmә dövrü 12–15 әsrlәrә aiddir. Möhrәdәn düzәldilmiş iki müdafiә divarı vә xәndәk tәdqiq edilmişdir: şәhәrin mәrkәzindә divarla әhatәlәnәn saray kompleksi vә qarşısında meydan; möhrәdәn evlәr; yonulmuş milyonlarla saxsı qırığından vә xırda daşlardan düzәldilmiş sәkilәr; müqәddәs ağaclıqlar. İ.-dә allahların vә hökmdarların terrakotadan başları, hәmçinin tuncdan monumental başları, nәfis ornamentli tunc yarım fiqurlar (ehtimal ki, İ. hökmdarlarının), oyma naxışlı kәtil-taxtlar, ayinlәrlә bağlı müxtәlif formalı vә ölçülü qranit monolitlәr vә s. aşkar olunmuşdur. Daş abidәlәrdәn hünd. 5,16 m olan qranit sütun diqqәti cәlb edir. Müxtәlif ibadәtgahlar mövcud idi. 1100 vә 1459 illәr arasında yaradılmış tәsviri sәnәt incilәrinin aşkar olunması İ.-yә dünya şöhrәti gәtirdi: “ideallaşdırılmış naturalizm” üslubunda insan başları heykәl tәraşlığı; reqaliyaları ilә birlikdә ooni heykәli; mәrasim qabları vә s. Bürüncdәn “itirilmiş mum modeli” vә terrakota metodu ilә düzәldilmiş bu әşyalar saray sәnәtkarlarına mәxsusdur. İ.-nin tunc heykәl tәraşlığı Nigeriya әrazisindә 19 әsrin sonlarınadәk mövcud olmuş Benin dövlәtinin bәdii mәdәniyyәtinә böyük tәsir göstәrmişdir. Yorubalar indiyәdәk İ.-ni özlәrinin ulu vәtәni hesab edirlәr.

Yoruba kralı II Obalufonun maskası. Mis.
Tәqr. 1300 il. İfe muzeyi.
İ. ölkәnin әsas elm vә tәhsil mәrkәzlәrindәn biridir. Obafemi Ovalovo ad. un-t (1961; 1987 ilәdәk İ. un-ti; nәzdindә kitabxana, klinika vә bir sıra elmi tәdqiqat müәssisәlәri, o cümlәdәn Afrika Tәdqiqatları İn-tu, K.t. Tәdqiqatları İn-tu), un-tin filialları: Pedaqoji (sәyyar kitabxanalar sisteminә malikdir) vә Bәdәn tәrbiyәsi in-tları; İ. muzeyi (1954; tunc vә terrakotadan heykәltәraşlıq nümunәlәri) fәaliyyәt göstәrir. Ooni sarayı (Afin-Ooni) saxlanmışdır. Stadion (9 min yerlik).
İ. k.t. rayonunun ticarәt (yams, kassava, yağ palması, dәnli bitkilәr, kakao, tütün, pambıq vә s.) mәrkәzidir. Oduncaq tәdarükü vә ağac emalı, pambıqtәmizlәmә, palma yağı istehsalı, kakao emalı inkişaf etmişdir. Ənәnәvi Afrika incәsәnәti vә sәnәtkarlğı (ağacdan, fil sümüyündәn, terrakotadan mәmulatlar; toxuculuq, parçaların rәnglәnmәsi, sәbәttoxuma) mәrkәzlәrindәn biridir. İ. yaxınlığında qızıl hasil olunur.










