Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İFLİC 
    İFLİC (yun. παράλυσις – zәiflәmә, taqәtdәn düşmә) – müvafiq әzәlәlәrin innervasiyasının pozulması nәticәsindә onların iradi hәrәkәtlәrinin yerinә yetirilmәsinin mümkünsüzlüyü şәklindә hәrәki funksiyalarının pozulması. Bәzi İ. növlәri zamanı iradi hәrәkәtlәrin olmaması avtomatlaşmış qeyri-iradi müdafiә hәrәkәtlәrilә, patoloji hәmrәj hәrәkәtlәrlә (sinkineziyalarla) birlәşir. Hәr hansı bir әzәlәnin vә ya әzәlә qrupunun İ. vә yaxud parez olması mümkündür, lakin İ. vә parez terminlәri çox vaxt әtrafların әzәlәlәrinin zәdәlәnmәsini göstәrir. M o n o p l e g i y a – bir qolun vә ya bir qıçın hәrәkәtinin pozulması, h e m i p l e g i y a – qolun vә qıçın birtәrәfli hәrәkәtsizlәşmәsi, p a r a p l e g i y a – qolun vә ya qıçın hәrәkәtlәrinin eyni zamanda pozulması, t r i p l e g i y a vә t e t r a p l e g i y a (tetraparez) – müvafiq olaraq üç vә ya dörd әtrafın әzәlәlәrinin cәlb olunması ilә olan pozuntu tiplәri fәrqlәndirilir. İ. iradi hәrәkәtlәri tәmin edәn vә p i r a m i d s i s t e m ә aid yolların vә mәrkәzlәrin zәdәlәnmәsi nәticәsindә baş verir. Baş-beyinin böyük yarımkürәlәr qabığından innervasiya olunan әzәlәlәrә qәdәr olan hәr hansı sәviyyәdә sinir impulslarının qırılması vә ya tәcrid edilmәsi İ. vә ya parez törәdir. Mәrkәzi vә periferik İ. vә parez ayırd edilir vә onlar müxtәlif dәrәcәli seqmentar reflektor aktivliyi ilә fәrqlәnir. P e r i f e r i k İ. vә ya parez zamanı reflektor fәaliyyәt zәdәlәnmә sәviyyәsindә kәsilir, yaxud zәiflәyir. M ә r k ә z i İ. (parez) zamanı, adәtәn әks-proses baş verir: seqmentar reflektor fәaliyyәt normadan kәskin yüksәlir vә bununla әlaqәdar әzәlә hipertoniyası, vәtәr reflekslәrinin yüksәlmәsi, patoloji vә müdafiә reflekslәrinin meydana gәlmәsi, sinkineziyalar, dәri reflekslәrinin (qarın vә kremaster, yәni budun yuxarı-daxili sәthi dәrisinin qıcıqlandırılması zamanı xayanı qaldıran әzәlә refleksinin) azalması qeyd edilir. Əzәlәlәrin tonusu spastik tip üzrә artır: әtrafları passiv bükmә vә açma zamanı әzәlәlәrin müqavimәti çox zaman hәrәkәtin әvvәlindә müәyyәn edilir, sonra isә azalır (bükülәn bıçaq simptomu). Spastik hemiparez, yaxud İ. zamanı antaqonist әzәlәlәrdә tonus qeyri-bәrabәr yüksәlir: әldә bükücü әzәlәlәrin, qıçda isә açıcı әzәlәlәrin tonusu yüksәk olur, bununla әlaqәdar әldirsәk, mil-bilәk vә bilәk oynaqlarında bükülmüş vә adәtәn gövdәyә sıxılmış, ayaq isә diz vә baldır-pәncә oynaqlarında kәskin açılmış, pәncә aşağı dartılmış olur ki, bu da xәstәni yeriş zamanı bu ayağı ilә yarımdairә şәklindә iri hәrәkәt etmәyә mәcbur edir. Vәtәr reflekslәrinin yüksәlmәsi refleksogen zonaların kәskin genişlәnmәsinә vә әllәr, diz qapağı, pәncә vә bәdәnin digәr hissәlәrindә spontan, yaxud әzәlә tәqәllüsünün törәnmәsinә sәbәb olur. Patoloji reflekslәr әmәlә gәlir. Mәrkәzi İ.-in bir sıra әlamәtlәri (әzәlә hipertoniyası, reflekslәrin güclәnmәsi, patoloji reflekslәr vә s.) yenidoğulmuşlar vә hәyatının ilk yaşlarında olan uşaqlar üçün fizioloji (normal) haldır. Mәrkәzi İ. (piramid İ., spastik İ.) müxtәlif xәstәliklәr zamanı baş beyin qabığı neyronlarının vә ya ondan çıxan qabıq-onurğa beyni, yaxud qabıq-nüvә liflәrinin zәdәlәnmәsi ilә şәrtlәnir. Periferik İ. әzәlә tonusunun atoniyaya qәdәr azalması, vәtәr reflekslәrinin zәiflәmәsi, yaxud olmaması, sinirsizlәşmiş (sinir keçiriciliyindәn vә requlyasiyasından mәhrum edilmiş) әzәlәlәrin atrofiyası ilә sәciyyәlәnir. Kәllә vә onurğa beyni sinirlәrinin nevritlәri, mielit, pleksit, onurğa beyninin vә periferik sinir sisteminin travmatik vә damar zәdәlәnmәlәri zamanı baş verә bilәr.
    İ.-in diaqnostikası klinik mәlumatlara vә hәmçinin rentgen kompüter vә maqnitrezonans tomoqrafiya, exoensefaloqrafiya, kәllә vә fәqәrә sütununun rentgenoqrafiyası mәlumatlarına vә sinir sisteminin digәr müayinә üsullarına әsaslanır. İ.-in m ü a l i c ә s i dәrmanla, fizioterapevtik, cәrrahi vә s. üsullarladır. Uşaq serebral iflici xüsusi İ. qrupu tәşkil edir. İnsanın vә heyvanın bir sıra digәr müstәqil xәstәliklәrinә dә “İ.” termini daxil olur (mәs., proqressiv iflic, arı iflici).
    M ә m ә l i h e y v a n l a r d a İ. vә parezlәr baş vermә sәbәblәrindәn asılı olaraq bir neçә cür – sinir elementlәrinin zәdәlәnmәsindәn (çıxıqlar, sıxılmalar, әzilmәlәr vә s. zamanı) әmәlә gәlәn travmatik; zәhәrlәnmәdәn yaranan toksiki; infeksion (mәs. yırtıcıların taun xәstәliyi zamanı); parazitar; doğuşdan sonrakı İ. olur. Baytarlıq praktikasında atlarda, xüsusilә idman atlarında, әtrafların hәrәki sinirlәrinin İ.-i, hәmçinin infeksion vә doğuşdan sonrakı İ. әhәmiyyәt kәsb edir. Kliniki praktikada İ. әsas simptomlarına (süst, spastik), hәmçinin zәdәlәnmәnin xarakterinә görә fәrqlәndirilir: hemiplegiya – bәdәnin bir tәrәfi iflic olduqda; diplegiya – sağkәnarlı vә sol kәnarlı hemiplegiya birlikdә olduqda; paraplegiya – döş vә çanaq qurşaqlarının hәr ikisinin iflici; tetraplegiya – döş vә çanaq әtraflarının ağır iflici. Parez zamanı müvafiq olaraq qe-, mi-, di-, para-, tetraparez terminlәri işlәdilir. Sinir sisteminin zәdәlәndiyi yerә görә periferik vә mәrkәzi İ. ayırd edilir. Periferik İ.-dә onurğa beyninin ön çıxıntılarının hәrәki hüceyrәlәri vә ya kәllә-beyin sinirlәrinin nüvәsi, yaxud çox zaman әzәlә vә sinirlәrin zәdәlәnmәsi vә dartılması nәticәsindә prosesә qoşulan periferik motoneyronlar zәdәlәnir. Mәrkәzi İ. zamanı mәrkәzi hәrәki neyronlar zәdәlәnir.
    A r ı İ.-i arı ailәlәrinin yetkin arıların hәrәkәtsizliyi vә sürәtlә mәhv olması ilә müşayiәt olunan bir necә virus xәstәliyinin ümumi adıdır. Bunlardan әn әhәmiyyәtlisi xroniki arı İ.-i vә kәskin arı İ.-idir. Bu xәstәliklәri törәdәn viruslar bal arıları olan bütün ölkәlәrdә yayılmışdır. Adәtәn virus daşıyıcılıq әhәmiyyәtli zәrәr vurmur, lakin müәyyәn şәraitdә arıların kütlәvi qırılmasına sәbәb ola bilәr. Kәskin arı İ.-indәn hәm yetkin, hәm dә yetkinliyә çatmamış arılar mәhv olur. Xroniki arı İ.-i virusu yem keyfiyyәtsiz olduqda (bitki şirәsindә olur), yerlәrdә arı ailәlәri çox sıx yerlәşdikdә özünü göstәrir; yoluxma yem vasitәsilә, arılar bәdәn sәthlәri ilә kontaktda olduqda, ana arılardan yumurtalar vasitәsilә baş verir. K l i n i k i ә l a m ә t l ә r i arıların yuvanın yanında sürünmәsi, İ., titrәyәn, çox vaxt tükcüksüz olmasıdır; ağır hallarda minlәrlә arı tәlәf olur. Xroniki arı İ.-inin profilaktikası üçün endoqlükin preparatı tәtbiq edilir, hәmçinin ana arılar әvәz olunur. Kәskin arı İ.-i virusun daşıyıcıları olan Varroa destructor gәnәlәrinin arılarda parazitlik etmәsi zamanı özünü göstәrir. P r o f i l a k t i k t ә d b i r l ә r: yuvaların vә şanların akarisid preparatlarla işlәnmәsi, arı ailәlәrinin gәnәlәrlә yoluxmasının 4%-dәn aşağı sәviyyәdә saxlanılması. Bax Akarapidoz.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 