Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İFRATAXICILIQ 
    İFRATAXICILIQ – mütlәq sıfra yaxın temp-rda bәzi maddәlәrin özlülüyünü tam itirә bilmәsi xüsusiyyәti. Bunun nәticәsindә ifrataxıcı maddә dar yarıqlardan vә kapilyarlardan sürtünmәsiz axır. Kvant-mexaniki baxımdan İ. makroskopik kvant sistemlәrindә kütlәnin qeyri-dissipativ (sönmәyәn, itkisiz) daşınması hadisәsidir. Eksperimental olaraq P.Kapitsa tәrәfindәn 1938 ildә (İ.-ın kәşfinә görә 1978 ildә o, Nobel mükafatına layiq görülmüşdür) maye 4He-da vә 1972 ildә D.Oşerov, R.Riçardson, D. Li tәrәfindәn maye 3He-da kәşf olunmuşdur (3He-da İ.-ın kәşfinә görә 1996 ildә onlar Nobel mükafatına layiq görülmüşlәr). Qeyri-dissipativ hәrәkәtin meydana gәlmәsi kvant mayesindә makroskopik sayda zәrrәciyin fazalarının koherentliyi ilә bağlıdır.
    İ. halı uzaq nizamlılığa malikdir vә müәyyәn Tb böhran temp-rundan (buna İ. halına keçid temp-ru vә ya lyambda nöqtәsi deyilir) aşağı temp-rlarda 2-ci növ faza keçidi nәticәsindә baş verir. Maye 4He üçün doymuş buxarların yaratdığı tәzyiqdә Tb = 2,17 K vә bu nöqtәdә istilikkeçir mәnin kәskin artması hesabına qaynama prosesi dayanır, istilik tutumu kәskin artır, özlülük isә sıfra qәdәr azalır. Bu temp-rdan yuxarıda maye 4He “normal” halda (buna He I deyilir), aşağıda isә ifrataxıcı halda (buna He II deyilir) olur, yәni o, sürtünmәsiz axır.
    İ. hadisәsinin izahında ikikomponentli modeldәn istifadә edilir. 2,17 K-dәn aşağı temp-rlarda 4He mayesi iki mayenin – normal vә ifrataxıcı komponentlәrin qarışığı kimi tәsәvvür edilir. Sıfır özlülüyә vә sıfır entropiyaya malik ifrat axıcı komponent sürtünmәsiz hәrәkәt edir vә istilik şәklindә enerjinin daşınmasında iştirak etmir. Normal komponent isә özünü özlülüyә malik adi maye kimi aparır, sürtünmә ilә hәrәkәt edir vә enerjinin daşınmasında iştirak edir. Landaunun ifrataxıcılıq nәzәriyyәsinә görә aşağı temp-rlarda normal komponent özünü iki növ kvazizәrrәcikdәn – fonon rotondan ibarәt qaz kimi aparır. Mikroskopik baxımdan tam spinli 4He atomlarından (bozonlardan) ibarәt ifrataxıcı mayedә İ.a.-ın yaranması, T < Tb oblastında çoxlu sayda atomların sıfır impulslu sәviyyәyә keçmәsi ilә bağlıdır. Bu hadisәyә Boze-Eynşteyn kondensasiyası deyilir, yeni sәviyyәyә keçmiş atomlar isә boze-kondensatı adlanır. Maye 4He-da mütlәq sıfır temp-rda ifrataxıcı komponentin ρi sıxlığı mayenin tam ρ sıxlığına bәrabәrdir vә temp-run artması ilә azalaraq, T = Tb nöqtәsindә sıfra bәrabәr olur. İ. oblastında (0 < T Tb) normal komponentin sıxlığı isә ρn = ρ – ρi.a. bәrabәrliyi ilә tәyin olunur.
    İfrataxıcı mayedә sıxlığın rәqsi ilә bağlı normal (birinci) sәs dalğalarından başqa, anomal yüksәk istilikkeçirmәyә malik ikinci sәs dalğaları da yayıla bilir. Kapilyarla birlәşmiş qabların birindә ifrataxıcı mayeni qızdırdıqda qablar arasında tәzyiqlәr fәrqi yaranır
    (t e r m o m e x a n i k i e f f e k t). İfrataxıcı mayelәrdә tәrs effekt – mexanikika lorik effekt dә mövcuddur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 