İFRAT ƏSASLAR - protona çox güclü hәrislik (qohumluq) göstәrәn maddәlәr. İ.ә.-a radiusu kiçik vә çoxyüklü anionu olan qeyri-üzvi duzşәkilli birlәşmәlәr (litium-nitrid, kalium-hidrid vә s.), azot saxlayan üzvi birlәşmәlәr (fosfazenlәr, amidinlәr vә s.), litium-üzvi birlәşmәlәr, hәmçinin qüvvәtli ion әsasdan vә qәlәvi metal vә ya onium kationunu spesifik әlaqәlәndirәn maddәdәn (mәs., NaOH di metil-sulfoksid mühitindә) ibarәt sistemlәr aiddir. Bәzi İ.ә. (mәs., Li-diizo propilamid) digәr labil qruplara toxunmadan C-H rabitәsi üzrә zәif turşuları ionlaşdırma qabiliyyәtinә malik maddәlәrә - protonlu süngәrlәrә aiddir. İ.ә-dan üzvi sintezdә, mәs., kondenslәşmә reaksiyalarında (Knövenagel reaksiyası, Mixael reaksiyası vә s.) istifadә olunur.










