İFRAT TURŞULAR - 100%-li H2SO4-ün turşuluq funksiyası (–11,94) ilә müqayisәdә Hammet turşuluq funksiyası H0 daha mәnfi olan maddә vә ya maddәlәr qarışığı. H0-ın qiymәti hidrogen göstәricilәrinin pH şkalasını davam etdirir vә İ.t-ın H+ protonu ayırmaq qabiliyyәtini xarakterizә edir. İ.t., әsasәn qüvvәtli Lüis turşularının (SbF5, BF3, SO3 vә s.) Brensted turşuları ilә (mәs., susuz HF) qarşılıqlı tәsirindәn alınır. Oleum üçün H0 = -14,96; SO3-ün HF ilә reaksiyasından alınan flüorsulfon turşusu HSO3F üçün H0 = -15; SbF5 ilә HF-in qarşılıqlı tәsirindәn әmәlәgәlәn vә qüvvәtli İ.t. olan heksa flüorstibium turşusu HSbF5 üçün H0 = -28; HSO3F vә SbF5 ekvimolyar qarışığı üçün H0 = -19,4. Üzvi birlәşmәlәrin İ.t. ilә qarşılıqlı tәsirindәn, yeni C-C rabitәsini yaradan (bax Kondenslәşmә reaksiyaları) reaksiya qabiliyyәtli karbkationlar әmәlә gәlir. Sәnayedә oleum, flüorsulfon vә triflüormetan sulfon CF3SO3H turşuları istifadә olunur.










