İFRATŞAXƏLƏNMİŞ POLİMERLƏR - yüksәk dәrәcәdә şaxәlәnmiş üçölçülü dendrit quruluşa malik atsiklik makro molekullar. Flori şәraitinә uyğun olaraq İ.p. biri A, digәrlәri isә B olmaqla ikidәn çox funksional qrup saxlayan ABn tipli monomerlәrin polikondenslәşmәsindәn (polimerlәşmәsindәn) sintez olunur, bu zaman kimyәvi rabitә yalnız müxtәlifadlı A vә B qruplarının qarşılıqlı tәsiri nәticәsindә әmәlә gәlir mәs.,

İ.p., hәmçinin doymamış birlәşmәlәrin polimerlәşmәsindәn, atomun ötürülmәsi ilә radikal polimerlәşmәdәn, tsiklin açılması ilә metatezis polimerlәşmәdәn istifadә etmәklә alına bilәr. Belә ki, ifratşaxәlәnmiş polikarbosilanlar polibirlәşmә reaksiyası ilә sintez olunur.
Qeyri-müntәzәm İ.p. müntәzәm ifrat şaxәlәnmiş sistemlәrdәn – dendrimerlәrdәn polidis persliyi vә manqaların tәrkibi ilә fәrqlәnir. Bu sistemlәrin oxşarlıq dәrәcәsi şaxәlәnmә әmsalının
DB = (ND + NT)/(ND + NL + NT)
qiymәti ilә tәyin olunur; onu hesablamaq üçün makromole kullarda iştirak edәn müxtәlif növ manqaların sayının nisbәtindәn istifadә edilir: NL - bir funksional qrupu reaksiyaya girmәyәn xәtti manqaların sayı, ND - funksional qrupu olmayan dendrit manqaların sayı, NT – terminal manqaların sayı. Sıx qlobulyar quruluşa malik qeyri-müntәzәm İ.p. Mark–Kun–Xuvink tәnliyindәki әmsalın α kiçik qiymәtlәri ilә (0,2< α < 0,5) xarakterizә olunur vә dendrimerlәr (α sıfıra yaxındır) ilә yumaqşәkilli xәtti polimerlәr (α tәqr. 0,7) arasında aralıq yer tutur.
İ.p.-in çoxlu sayda uc funksional qruplarına, aşağı özlülüyünә vә yaxşı uygunlaşdığına görә, onlar bәrkidici, modifikasiyaedici әlavәlәr, polimer kompozisiyalarının tikici agenti kimi tәtbiq edilir.










