Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İFRATYENİ ULDUZLAR 
    İFRATYENİ ULDUZLAR – güclü partlayış nәticәsindә parlaqlığı kәskin artan ulduzlar. Müşahidә әlamәtlәrinә görә yeni ulduzlara bәnzәyir, lakin alışma daha güclüdür. İ.u.-ın alışması, tәkamüllәrinin son mәrhәlәsindә onların partlamaları nәticәsindә baş verir. Partlama enejisi 1043–1045 C vә şüalanma gücü 1034 Vt-dan artıq olan hadisәlәri İ.u.-a aid edirlәr. Parlaqlığı kәskin artaraq 2–3 hәftәdә maks.-a çatır (bu vaxt o, Günәşdәn mlrd. dәfә parlaq ola bilir) vә 5–20 min km/san sürәtlә genişlәnәn örtük kәnara atılır. Genişlәnmә nәticәsindә örtüyün sıxlığı, bu sәbәbdәn dә şüalanması zәiflәyir. İ.u.-la әtrafdakı ulduzlararası mühitin qarşılıqlı tәsiri nәticәsindә örtüyün genişlәnmә sürәti azalır, tәqr. yüz min ildәn sonra örtük ulduzlararası maddә ilә tamamilә qarışır vә onun kinetik enerjisi 1051
    erqә çatır. Bu, Günәşin 10 mlrd. ildә şüalandırdığı enerji qәdәrdir.
    İ.u.-ın fenomenoloji tәsnifatı qalaktikadan kәnar obyektlәrin tәdqiqatlarına әsasәn qurulmuşdur; parlaqlıq әyrilәrinin vә optik spektrlәrinin xarakterlәrindәki fәrqlәr onun әsasını tәşkil edir. İ.u.-ları spektlәrindә hidrogen xәtlәrinin olması vә ya olmaması ilә fәrqlәnәn iki әsas qrupa bölürlәr. I qrupun özü dә spektrinin xarakterindәn asılı olaraq, 3 yarımqrupa bölünür. I a qrupunun spektrlәri, parlaqlığın maks.-u yanında yaxşı görünәn silisium xәttinә malikdir, I b vә I c qruplarında isә hәmin xәtt yoxdur. I b qrupu I c qrupundan helium xәttinin olması ilә fәrqlәnir. I a qrup İ.u.-ın ayrı-ayrı parlaqlıq әyrilәrinin nәzәrәçarpan oxşarlığı, onlardan Kainatda mәsafәlәri tәyin etmәk üçün “standart şamlar” kimi istifadә etmәyә imkan verir. II qrup İ.u.-ın parlaqlıq әyrilәri, formalarının daha çox müxtәlifliyi ilә xarakterizә olunur. I qrupdakı İ.u. II qrupdakılara nisbәtәn bir neçә dәfә parlaqdır. Birincinin atdığı örtüyün kütlәsi 0,1–0,5 ikincininki isә 1–2 Günәş kütlәsi (G.k.) qәdәrdir. II qrup İ.u. daha çox enerji verir. I qrup İ.u. bütün qalaktikalarda, ikincilәr isә yalnız spiral qalaktikalarda olur. Qalaktikalarda İ.u. böyük parlaqlığına görә müşahidә edilir. Hәr qalaktikada 50–300 ildәn bir ifrat yeni ulduz alışması baş verir. İ.u. alışdıqda kosmik şüalar yaranır. İ.u. bizim Qalaktikada axırıncı dәfә 1604 ildә müşahidә edilmişdir. Onun yerindә böyük sürәtlә genişlәnәn qaz dumanlıqları görünür. Ən maraqlısı yengәcәbәnzәr dumanlıqdır.
    İ.u.-un alışması ulduz nüvәsinin dinamik evolyusiyası nәticәsindә baş verir vә ulduz maddәsinin tamamilә uçub dağılması ilә qurtarır, yaxud ulduzun kütlәsindәn asılı olaraq, Hertsşprunq – Rassel diaqramının әsas ardıcıllığı üzrә nüvәnin qravitasiya kollapsı ilә başa çatır. Ulduzların evolyusiyası nәzәriyyәsinә görә, kütlәsi 4–9 G. k. qәdәr olan ulduzlarda cırlaşmış karbonoksigen nüvәlәriәmәlә gәlir vә sonra ulduz üstdәki maddәlәri itirәrәk ağ cırtdanlara çevrilir. Əgәr ağ cırtdan sıx ikili sistemin tәrkibinә daxil olursa, onda ulduz-peyk maddәsinin ağ cırtdana akkresiya prosesindә onun kütlәsi Çandrasekar hәddinә (1,44 G.k.) çatır vә istilik-nüvә partlayışı baş verir, ulduz tamamilә dağılır. I a tipli İ.u.-ın alışması belә partlayışları izah edir. Kütlәsi 9–100 G.k. qәdәr olan ulduzlar öz evolyusiyalarını cırlaşmamış dәmir nüvәlәrin әmәlә gәlmәsi vә ulduzun xarici qatlarının atılmasına gәtirәn qara deşiyin vә ya neytron ulduzun yaranması ilә başa vurur. II vә I b, I c tipli İ.u.-ın alışması bununla izah olunur. İ.u.-ın partlayışları ağır kimyәvi elementlәrin sintezi ilә müşayiәt olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 