İFRİQİYYƏ, İ f r i q i y a ( إفريقي ة) – qәdimdә Romanın Afrika әyalәtinә daxil olan torpaqlar. Orta әsrlәrdә Şimali Afrikada Əğlәbilәr sülalәsi tәrәfindәn idarә olunan vil. Orta әsrlәrdә mövcud olmuş İ.-nin әsas hissәsi indiki Tunisin, q. hissәsi Əlcәzairin, ş. hissәsi isә Liviyanın әrazisini әhatә edir. Ərәb İ.-sinin paytaxtı Qәyrәvan (K a y r u a n) ş. olmuşdur. 16–18 әsrlәrdә Osmanlı imperiyasının tәrkibindә idi.










