İĞDIR – Türkiyәnin Şәrqi Anadolu bölgәsindә il. Sah. 3588 km2. Əh. 197,5 min (2019). İnz. m. İğdır ş.-dir. Şm.-ş.-dә Erm. Resp. ilә (sәrhәd xәttinin uz. 51 km), ş.-dә Azәrb. Resp. (Nax. MR; 15 km) vә İranla (49 km) hәmsәrhәddir. İlin mәrkәzi çökәklik dә yerlәşir, әtrafı dağlıqdır (hünd. 2093 m-әdәk–İğdır d.). Quraq keçәn iqlimi var. Qışı mülayim, yayı istidir. İğdır ovalığında ortaillik temp-r 11,6°C-dir.

Tәsәrrüfat. İldә tikinti materialları istehsalı edilir, toxuculuq, yeyinti sәnayesi müәssisәlәri, 33 kooperativ fәaliyyәt göstәrir. İl mәrkәzinә bağlı Çalpala k. yaxınlığında illik gücü tәqr. 6 min KVt-saat olan Kiti SES-i yerlәşir.
K.t. üçün yararlı әrazi 972 min ha, otlaq sahәlәri 1,2 mln. ha, suvarılan әrazilәrin sahәsi 877 min ha tәşkil edir. İl әrazisinin tәqr. 33%-i becәrilir: әsasәn, şәkәr çuğunduru (23 mln. t), buğda (20,5 mln. t), pomidor (13,2 mln. t), arpa (8,3 mln. t), qarğıdalı (6,5 mln. t), alma (4,3 mln. t) qarpız (3,4 mln. t) vә s.. İllik yağıntı miqdarının az olması sәbәbindәn Araz çayı vasitәsilә suvarma mühüm әhәmiyyәt kәsb edir. Pambıqçılıq k.t.-nın әnәnәvi sahәlәrindәndir (9,5 min t, 2018). Digәr mәhsullar: (t, 2018): lobya 947, maş lobyası 839, qırmızı lobya 310, qırmızı mәrci 283, qarpız toxumu 24, noxud 24, hәmçinin soğan, badımcan, bibәr, kәlәm, turp. Meyvәçilikdә әrazinin 74%-ini әrik (1525 ha), 16,1%-ini alma (332 ha), 6,2%-ini şaftalı (128 ha), 1,7%-ini armud (35 ha) bağları tutur. Ümumilikdә böyüklüyü 77,9 min ha olan әkin sahәlәrindә qarpız (850 ha), pomidor (800 ha), yemiş (285 ha), xiyar (225 ha) becәrilir. İstehsal edilәn pomidor vә qarpızın böyük hissәsi Qars, Ərdәhan, Ağrı, Bitlis, Muş, Van vә Ərzurum illәrinә göndәrilir. Şәkәr çuğunduru istehsalının artması ilә heyvandarlıq inkişaf etmәyә başlamışdır. Ümumi say (2020): keçi (54,5 min baş), camış (2,5 min baş), qoyun (1,2 mln. baş). İldәki otlaqların sayının az olması sәbәbindәn heyvandarlıqda yem istehsalı mühüm әhәmiyyәt kәsb edir. Quşçuluq inkişaf etmişdir. İ.-da 340 növ çöl quşu (Türkiyә üzrә 70%) var. Ev quşlarından toyuq, hind toyuğu, ördәk vә qaz yetişdirilir. Son dәrәcә әlverişli şәraitin olmasına baxmayaraq, arıçılıq zәif inkişaf etmişdir (17,1 min arı pәtәyi, 2020).
İl mәrkәzindәn 16 km mәsafәdә aeroport fәaliyyәt göstәrir.










