İĞDIR – Türkiyәnin ş.-indә şәhәr. İğdır ilinin inz. m. Əh. 119,4 min (2016).
Şәhәr, ehtimal ki, “Kitabi-Dәdә Qorqud” dastanında Şatıq qalası kimi adı çәkilәn İğdır qalasının әtrafında salınmışdır. İndiki İ.-ın yerlәşdiyi әrazi Urartunun, Madanın (M i d i y a), Əhәmәnilәrin, Makedoniyalı İsgәndәrin, Selevkilәrin, Romanın, Arşakilәrin vә Sasanilәrin hakimiyyәtindә olmuşdur. 7 әsrdә әrәblәrin Araz hövzәsinә hücumları zamanı zәbt edilmiş bölgә Abbasilәr dövründә yalnız türk valilәri tәrәfindәn idarә olunmuşdur. Sonralar bölgә gah әrәblәrin, gah da Bizansın hakimiyyәtinә keçmişdir. 11 әsrin birinci yarısında Şatıq qalasını tutmuş Sәlcuqi sultanı Mәlikşah qalanı oğuzların qayı boyunun idarәçiliyindә olan Sәlcuqilәrdәn asılı Sürmәli әmirliyinin tәrkibinә qatmışdır. Qala Oğuz xanın nәvәsi İğdır bәyin şәrәfinә adlandırılmışdır. İ. әrazisi 14 әsrin ikinci yarısında Cәlairilәrin, hәmin әsrin sonundan Qaraqoyunluların hakimiyyәtindә olmuş, 1469 ildә Ağqoyunlu dövlәtinә qatılmışdır. İ. ovalığı Uzun Hәsәnin qışlağı olmuşdur. Sәfәvilәrin hakimiyyәtinә keçәn İ. Çaldıran vuruşmasından (1514) sonra Osmanlı torpaqlarına qatılsa da, az sonra yenidәn türkmәn bәylәrinin idarәçiliyindә olmuşdur. 1583 ildә Sultan III Muradın İrәvana yürüşü zamanı İ. qәti olaraq Osmanlı dövlәtinә birlәşdirilmiş, İrәvan (R ә v a n) әyalәtinin tәrkibinә qatılmışdır. 1664 ildә baş vermiş zәlzәlә nәticәsindә İğdır qalasının yararsız hala düşmәsi sәbәbindәn şәhәr indiki yerinә köçürülmüş vә ticarәt mәrkәzi kimi inkişaf etmәyә başlamışdır. Nadir şah Əfşarın osmanlılarla mübarizәdә qәlәbә çalması ilә İ. onun hakimiyyәtinә keçmiş (1736–47), Nadir şahın ölümündәn sonra İrәvan xanlığının tәrkibindә (1747–1828) olmuşdur. Xanlığın Rusiya tәrәfindәn ilhaqından (1828) sonra İ. rusların tabeliyindәki Sürmәli vilayәtinә qatılmış vә bölgәyә ermәnilәrin yerlәşdirilmәsinә başlanmışdır. Gümrü müqavilәsinә (1920) görә İ. Türkiyәnin tәrkibinә keçmişdir. Azәrb. Resp.-nın Naxçıvan, Şamaxı vә Şuşa şәhәrlәri ilә qardaşlaşmışdır.

İğdır şәhәrindәn görünüş.
İ. ş.-ndә Sәlcuqilәr dövrünә aid Karvansara qalıqları saxlanılmışdır.13 әsrin sonlarında inşa edilmiş tikili hәyәtsizdir; tağlı sütunlarla 3 hissәyә ayrılmış zaldan vә 3 dәhlizdәn ibarәtdir. Zalın orta hissәsi daha geniş vә ucadır. Portalın yan hissәsi hәndәsi, üst hissәsi isә nәbati ornamentlәrlә bәzәdilmişdir.
İ.-dakı Şәhid türklәr abidәsi vә muzeyi (1999) 1915–20 illәrdә ermәnilәrin türklәrә qarşı törәtdiklәri qәtliamları tәcәssüm etdirir. Kompleks (layihәnin rәhbәri C.Qiyasi) qapalı muzeydәn (sah. 350 m2), 2 hovuzdan vә süni tәpәnin üstündә yerlәşdirilmiş 5 qılınc abidәsindәn (hünd. 36 m) ibarәtdir. Qılıncların ucları yuxarıda birlәşәrәk günbәz formasını alır. Sәlcuq mәzarlığını xatırladan abidәnin әtrafında park salınmışdır.
K.t. rayonunun (qaysı, şәkәr çuğunduru, pambıq, taxıl) mәrkәzidir. Kiçik toxuculuq sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir. Maşınqayırma sahәsi k.t. üçün avadanlıq vә maşınların istehsalı vә tәmiri üzrә ixtisaslaşmışdır.










