Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - İXTİOFTİRİÓZ )
    İXRAC 
    İXRAC – ölkәdә istehsal olunmuş әmtәә vә xidmәtlәrin xaricә satılması. İ. vә idxal beynәlxalq iqtisadi münasibәtlәrin әn qәdim vә әn geniş yayılmış formalarıdır. İ. ixracatçı ölkәdә iqtisadi artım vә mәşğulluq imkanlarını genişlәndirir, milli әmtәәlәrin satışı üçün әlavә platformalar tәmin edir.
    Ölkә İ.-ının ümumi hәcmi ilә idxalının ümumi hәcmi arasındakı fәrq (netto-ixrac, xalis ixrac) xarici kontragentlәr tәrәfindәn milli әmtәә vә xidmәtlәrin alqısına sәrf etdiklәri pulun rezidentlәrin xaricdәn gәtirdiklәri әmtәә vә xidmәtlәrin alqısına sәrf etdiklәri pulun mәblәğininә qәdәr üstәlәdiyini göstәrir. Saldosu müsbәt (İ. idxalı üstәlәdikdә) vә ya mәnfi (idxal İ.-ı üstәlәdikdә) olan netto-ixrac ticarәt balansı da adlandırılır.
    Əmtәәlәrin dünya İ.-ında dәyәr ifadәsinin enmәsinin әsas sәbәbi İ. qiymәtlәrinin aşağı (dünyada orta hesabla 15%) düşmәsidir. Ümumdünya Ticarәt Tәşkilatının (ÜTT) mәlumatlarına әsasәn 2015 ildә dünya üzrә әmtәә İ.-ı tәqr. 16 trln. dollar tәşkil etmişdir, bu isә 2014 il göstәricisindәn 14% azdır. İ. hәcminә görә әn iri ölkәlәr (2015): Çin (2,27 trln. dollar), ABŞ (1,5 trln. dollar) vә Almaniya (1,3 trln. dollar). 2015 ildә әsas İ. malları elektron maşınlar vә onların tәrkib hissәlәri (dünya üzrә İ. hәcmi 2,3 trln. dollar), maşın vә avadanlıqlar (1,9 trln. dollar), mineral yanacaq (1,8 trln. dollar), nәql. vasitәlәri (1,3 trln. dollar) olmuşdur.
    Milli tәdarükçülәr tәrәfindәn ölkәnin qeyri-rezidentlәrinә göstәrdiklәri xidmәtlәrin İ.-ı da fәrqlәndirilir. 2015 ildә dünya üzrә xidmәtlәrin İ.-ı 4,75 trln. dollar (2014 ilin göstәricisindәn 6% aşağı) tәşkil etmişdir. Xidmәt İ.-ına turizm xidmәtlәri (1,2 trln. dollar), biznes-xidmәtlәr (1 trln. dollar), nәql. (849 mlrd. dollar), kommunikasiya xidmәtlәri (453 mlrd. dollar) aiddir.
    2008–09 illәr böhranından sonra dünya üzrә İ. Asiya ölkәlәrinin hesabına artmışdır: 2012 ildә – 28%, 2013 ildә – 61% vә 2014 ildә – 55%. 2015 ildә dünya üzrә İ. hәcmindә Avropa ölkәlәrinin payı (37%) Asiya ölkәlәrinin payını (34%) üstәlәmişdir.
    2020 ildә Azәrb. Resp. İ. hәcmi üzrә (tәqr. 11,1 mlrd. dollar) dünyada 75-ci yeri tutmuşdur. Azәrb. Resp.-nın әsas İ. әmtәәlәri (2020): xam neft (30,9 mln. t; 14,8 mlrd. dollar), tәbii qaz (12,4 mlrd. m3; 2,37 mlrd. dollar), pambıq lifi (97,5 min t; 122,4 mln. dollar), elektrik enerjisi (1,3 mlrd. kVtsaat; 59,8 mln. dollar), neft koksu (178,9 min t; 11,5 mln. dollar); İ. etdiyi әsas ölkәlәr: RF (709,3 mln. dollar), Ukrayna (353 mln. dollar), Belarus (164,9 mln. dollar), Özbәkistan (23,1 mln. dollar), Qazaxıstan (25,9 mln. dollar).
    İ.-ın genişlәndirilmәsi әn iri şirkәtlәrin satış hәcmini, әmtәә vә xidmәtlәrinin rәqabәtlilik qabiliyyәtini artırmaq (o cümlәdәn miqyas effekti hesabına qәnaәt nәticәsindә) vә risklәrin diversifikasiyası üçün seçdiyi strategiyadır. Bir qayda olaraq, ixracyönlü istehsal rәqabәt üstün lüklәrinә (ucuz işçi qüvvәsi, mühüm energetika obyektlәri vә s.) malik ölkәlәrdә yaradılır. İxracatçı şirkәtlәr üçün әsas risklәr: yeni bazarlara çıxışla bağlı xәrclәrin artması (bazarın öyrәnilmәsi, әmtәәnin yeni bazara uyğunlaşdırılması vә s.), hesablaşmaların mürәkkәblәşmәsi vә maliyyә risklәrinin artmasıdır.
    Bir sıra ölkәdә milli şirkәtlәrin İ. fәaliyyәtlәrinin stimullaşdırılması siyasәti aparılır. Bunun üçün İ.-dan gәlәn gәlir vergidәn azad edilir. Nәticәdә, ixracatçının istehsal xәrclәri azalır vә bu da onun xarici bazarlarda rәqabәtlilik qabiliyyәtini artırır. Belә dәstәk tәdbirlәrin fövqәlmilli sәviyyәdә ÜTT hәyata keçirir: o, müxtәlif növ әmtәәlәrin milli istehsalçıları üçün ixracatın dәstәklәnmәsinin yolverilәn sәviyyәsini müәyyәnlәşdirir.
    Bәzi ölkәlәr (yaxud ölkәlәr qrupu) müәyyәn növ mәhsulun İ. hәcminә kәmiyyәt mәhdudiyyәti tәtbiq edirlәr. ÜTT ayrıca razılaşdırılmış hallar istisna olmaqla, belә mәhdudiyyәtlәrdәn istifadәni qadağan edir. Adәtәn, bü cür tәdbirlәrin tәtbiqi İ. olunan әmtәәnin yerli bazar üçün әhәmiyyәti, onun defisiti ilә şәrtlәnir. ÜTT-nin üzvü olan dövlәtlәrin belә mәhdudiyyәtlәrin tәtbiqi haqqında bildirişlәri ÜTT-yә tәqdim edilir vә ictimai platformada saxlanılır. Bәzi mәhsul növlәrinin müәyyәn ölkәlәrә ixracına könüllü mәhdudiyyәt (vә ya qadağa) rәsmi vә ya qeyri-rәsmi hökumәtlәrarası razılaşma ilә tәtbiq olunur vә siyasi motiv daşıyır. ÜTT qaydaları belә praktikanı qadağan edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – İXTİOFTİRİÓZ 