İXRAC NƏZARƏTİ – ilk növbәdә strateji әhәmiyyәt kәsb edәn ayrı-ayrı әmtәә vә xidmәtlәrin ixracının mәhdudlaşdırılması, onlara qadağaların qoyulması vә ticarәtinә nәzarәt üzrә tәşkilati, hüquqi, iqtisadi tәdbirlәr sistemi. İ.n.-nin hәyata keçirilmәsi metodları: fәrqli kateqoriyalara aid әmtәәlәr üzrә ixrac әmәliyyatlarının icazә qaydası, elәcә dә әmtәәnin tәyinat ölkәsindәn vә xüsusiyyәtlәrindәn asılı olaraq ixracın lisenziyalaşdırılmasıdır. İ.n. tәdbirlәri iqtisadi vә siyasi tәzyiq vasitәsi kimi ayrı-ayrı ölkәlәrin vә ya ölkәlәr qrupunun ixracına münasibәtdә tәtbiq oluna bilәr. Bir çox ölkәdә, o cümlәdәn Azәrb. Resp.-nda qanunvericiliyә uyğun olaraq ayrı-ayrı әmtәәlәrin idxalına, yaxud ixracına qoyulan qadağalar vә mәhdudiyyәtlәr milli mәnafedәn irәli gәlir: ictimai әxlaq vә hüquq normalarına riayәt edilmәsi; insanların hәyat vә sağlamlıqlarının, hәmçinin mәdәni irsin qorunması, әtraf mühitin mühafizәsi; mәdәni dәyәrlәrin qanunsuz idxal/ixracından vә onlara mülkiyyәt hüquqlarının verilmәsindәn müdafiәsi; milli tәhlükәsizliyin tәmin edilmәsi; maliyyә vәziyyәtinin müdafiәsi vә tәdiyә balansının saxlanılması; beynәlxalq öhdәliklәrin yerinә yetirilmәsi vә s.










