İXTİOFÁUNA (yun. ἰχθύϛ – balıq + fauna) – hәr hansı bir su hövzәsindә, zoocoğrafi vil.-in su hövzәlәrindә vә s. yaşayan, hәmçinin Yer tarixinin bu vә ya digәr dövründә yaşamış balıqların mәcmusu. Hövzәlәrin әksәriyyәtinin İ.-sı mәnşәcә müxtәlifcinslidir; o, coğrafi mәnşәyinә görә müxtәlif olan vә ayrı-ayrı faunistik komplekslәrdә qruplaşdırılan növlәrdәn ibarәtdir. Mәs., Aral hövzәsinin İ.-sı Dağlıq Asiya, Pont-Xәzәr, Türküstan vә b. faunistik komplekslәrdәn tәşkil olunmuşdur. İ.-nın zәnginliyi hәm onun formalaşdığı ilkin faunistik komplekslәrlә, hәm hövzәnin tarixi, hәm dә müxtәlif balıq növlәrinin müasir hәyat şәraiti ilә müәyyәn olunur. Tropik suların İ.-sı bir qayda olaraq, növlәrinin miqdarına görә daha zәngindir; İ.-nın әn zәngini Sakit okeanın q. hissәsindәki ekvatorial sularda, әn yoxsulu isә Arktikanın әn ş.-ındakı sulardadır.










