Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İXTİOLÓGİYA 
    İXTİOLÓGİYA (yun. ἰχϑύς – balıq vә ...логия) – balıqlar vә onlara yaxın qrup olan dәyirmiağızlılar, onların müxtәlifliyi, yayılması, quruluşu, hәyat tәrzi, tәkamülü, praktiki әhәmiyyәti haqqında elm. Balıqlar su mühitindә yaşadıqlarından İ. onların tәdqiqi üçün quru heyvanlarının öyrәnilmә metodlarından fәrqli olan xüsusi metodiki yanaşmalar tәlәb etmәsi ilә sәciyyәlәnir. Bu, növ tәrkibinin qiymәtlәndirilmәsinә, bu vә ya digәr su hövzәsindә balıqların sayına vә mәhsuldarlığına, onların qidası, böyümәsi, inkişafı, çoxalması vә miqrasiyasının öyrәnilmәsinә, ixtiofaunaya tәsir edәn әtraf mühit amillәrinin aşkara çıxarılmasına, balıqların ekosistemdә rolunun müәyyәn edilmәsinә vә s. aiddir. İ. müstәqil elm kimi 19 әsrin ikinci yarısında formalaşmışdır.
    Hәlә Paleolit dövründәki heyvan tәsvirlәri arasında balıqların (mәs., miqrasiya edәn Avropa qızılbalıqların) şәkillәrinә rast gәlinib. Qәdim Misir relyeflәrindә (b.e.ә. 3–2 minilliklәrdә) növ әlamәtlәrinә görә müasir Afrikanın şirin su ixtiofaunasının nümayәndәlәrinә uyğun gәlәn balıqların tәsvirlәri aşkar olunmuşdur. Antik dünyanın balıqları haqqındakı biliklәri ilk dәfә Aristotel ümumilәşdirmişdir. O, “Heyvanların tarixi” әsәrindә (b.e.ә. 4-cü әsr) Aralıq dәnizinin 100-dәn çox balığının adını çәkmiş, onların quruluşu, hәyat tәrzi haqqında mәlumatlar vermiş, özünün yaratdığı heyvanlar alәminin tәsnifatında balıqların yerini müәyyәn etmişdir. Orta әsrlәrdә ixtioloji biliklәrә әsasәn tәtbiqi xarakterli mәlumatlar әlavә edilirdi. Fransız hәkimi Q.Rondelenin “De piscibus marinis” (c. 1–2, 1554–55) әsәrindә 250-yә yaxın növün tәsviri verilmişdir. 1686 ildә ingilis tәdqiqatçıları F.Uillobi vә C.Rey 420 balıq növünün tәsvir olunduğu “Historia piscium” әsәrini çap etdirdilәr. İsveç tәbiәtşünası P.Artedi “Ichthyologia” (1738) kitabında balıqları 4 dәstәyә, 45 cinsә bölmüş, 200-dәn çox növü tәsvir etmişdir. Müasir sistematikanın әsasını qoymuş K.Linney, 10 cildlik “Systema naturae” (1758) әsәrindә balıqları su mәmәlilәrindәn (balinalar, delfinlәr, sirenlәr) ayırmış, 500-әdәk balıq növünün tәsnifatını vermişdir. Rusiyada balıqların öyrәnilmәsi ilә D.Q.Messerşmidt (I Pyotrın göstәrişi ilә; Sibirә ekspedisiya, 1720–27), sonradan Böyük Şimal ekspedisiyasının (1733–43) iştirakçıları mәşğul olmuşdur. Azәrb. da daxil olmaqla Rusiya İmperiyasının 240-dan çox balıq növlәrinә dair ümumilәşdirilmiş mәlumatlar P.S.Pallasın “Zoographia Rosso-Asiatica” әsәrindә (c. 3, 1814) tәsvir edilmişdir.
    J.Küvyenin dünya faunasının 4,5 mindәn çox balığının xarakteristikasını verdiyi “Histoire naturelle des poissons” (c. 1–22, 1828–49) әsәri İ.-ya böyük töhfә olmuşdur. Qazıntı halında tapılmış balıqların öyrәnilmәsi ilә E.İ.Eyxvald, J.L.P.Aqassis vә b. mәşğul olmuşlar. 19 әsrdә balıqların sistematikası üzrә işlәri İ.Müller (Almaniya), A.Valansyenn (Fransa), T.H.Heksli, Q.Bulanje vә Ç.Rigen (B. Britaniya), E.Kop, D.Cordan (ABŞ), F.F.Brandt, K.F.Kessler (Rusiya) vә b. davam etdirmişlәr. Ç.Darvinin tәkamül tәlimi, embriologiya vә paleontologiya sahәlәrindәki kәşflәr balıqların sistematikasının inkişafına böyük tәsir göstәrmişdir. 1856 ildә V.P.Vrasski balıq kürülәrinin süni mayalandırılmasının yeni sәmәrәli “rus” vә ya “quru” üsulunu tәklif etmişdir. Bu dövrdә İ. zoologiyanın sәrbәst qolu kimi formalaşır; onun tәdqiqat sahәsinә tәkcә balıqyetişdirmә, balıqartırma (o cümlәdәn akvariumda), balıqların iqlimlәşdirilmәsi deyil, hәmçinin onların sistematikası, anatomiya vә fiziologiyası, hәyat tәrzinin öyrәnilmәsi mәsәlәlәri dә daxil olur. Vәtәgә faunasının, balıqların, o cümlәdәn dәrinlik balıqlarının növ müxtәlifliyinin öyrәnilmәsindә dәniz ekspedisiyalarının әhәmiyyәti artırdı. Tәbii şәraitdә ixtiofaunanın hәrtәrәfli öyrәnilmәsindә, eksperimental tәdqiqatların aparılmasında vә balıqartırmanın praktiki problemlәrinin tәdqiqindә bir çox ölkәlәrdә 19 әsrin ikinci yarısından 20 әsrin әvvәlәrinәdәk yaradılmış dәniz vә şirin su bio stansiyaları böyük rol oynadı. 1912 ildә Bakıda ilk ixtioloji laboratoriyalar yaradıldı. 1902 ildә Kopenhagendә, ixtioloji tәdqiqatları әlaqәlәndirmәyi nәzәrdә tutan dәnizlәrin tәdqiqi üzrә Beynәlxalq Şura fәaliyyәtә başladı. Az sonra N.M.Knipoviçin rәhbәrliyi altında (1898–1908) Xәzәr (1904, 1912–13, 1914–15) ekspedisiyaları tәşkil edildi.
    L.S.Berqin “Рыбы пресных вод СССР и сопредельных стран” (c. 1–3, 1948–49) kitabında 350-yә yaxın balıq növünün tәsviri verilmişdir. Bu dövrdәn başlayaraq balıqların tәkamülü problemlәrinә (A.N. Severtsov, İ.İ.Şmalhauzen, B.S.Matveev, V.V.Vasnetsov, S.Q.Krıjanovski vә s.), paleo ixtiologiyaya [Berq, V.D.Lebedev (Rusiya), E.Stenşe vә E.Yarvikin (İsveçrә) vә s.], balıqların embriologiyası (V.V. Vasnetsov, 1953), genetikası (V.S.Kirpiçnikov, Y.P.Altuxov vә b.), fiziologiyası vә davranışı (B.P.Manteyfel vә b.), balıq sürülәrinin dinamikası (Nikolskiy), balıqların ekoloji qrupları (Krıjanovski; V.S.İvlevin, Q.S. Karzinkinin, A.A.Şorıqinin vә s.), vә tәgә İ.-sı (V.İ.Meysner, Soldatov, Suvorov vә b.), balıqyetişdirmә vә balıqların iqlimlәşdirilmәsi sahәsindә tәdqiqatlar inkişaf etdirilmişdir.
    Azәrb.-da ilk dәfә A.N.Derjavin balıqların növ tәrkibini öyrәnmiş, mühüm vәtә gәnövlәrinin ehtiyatlarını hesablama üsulunu işlәyib hazırlamışdır. Azәrb.-ın daxili su hövzәlәrindә yayılan balıqların morfologiyası, biologiyası, ekologiyasını, ixtiofaunanın mәnşәyi vә formalaşmasını Y.Ə.Əbdürrәhmanov, mühüm vәtәgә әhәmiyyәtli çәkikimi vә xanıkimi balıq körpәlәrinin biologiyasını H.S.Abbasov, Xәzәr dәnizindә vә Azәrb.-ın daxili su hövzәlәrin dә vәtәgә әhәmiyyәtli çәkikimi, xanıkimi vә qızılxallı balıqların morfologiyası, biologiyası vә әmtәәlik tәsәrrüfatlarında yetişdirilmәsi imkanlarını Z.M.Quliyev, Xәzәr dәnizinin xul balıqlarını D.B.Rәhimov, Azәrb.-ın daxili su hövzәlәri balıqlarının morfo-bioloji vә ekoloji xüsusiyyәtlәri, vәtәgә balıqlarının ehtiyatlarının tәnzim olunması yollarını N.C.Mustafayev öyrәnmişdir. Azәrb.-da balıqların fiziologiyasının öyrәnilmәsi üzrә tәdqiqatlar N.L.Gerbilski, R.Y.Qasımov, M.M.Axundov, R.V.Hacıyev, E.K.Rustәmov tәrәfindәn işlәnmişdir. Azәrb.-ın daxili sularında vә Xәzәr dәnizindә balıqların parazit vә xәstәliklәrini V.A.Dogel vә B.Y.Bıxovski, T.K.Mikayılov, Ş.R.İbrahimov, M.Ə.Hüseynov, X.H.Abdullayeva tәrәfindәn öyrәnilmişdir.
    Xәzәrin vә Azәrb.-ın şirin su balıqlarının paleontologiyasına dair mәlumatlar N.İ.Burçak-Abramoviç, Derjavin, J.D.Cәfәrovanın әsәrlәrindә verilmişdir. Azәrbaycan әrazisindә Üst Mezozoyun Senoman yaşlı çöküntülәrindә Şәrqi Arpaçayda Lepi dotus ohannes balığının izlәri, Yaşmada Turon horizontundan isә qәdim skat balığının Ptychodus latissimus növünün dişlәri tapılmışdır. Hәmin yaşlı çöküntülәrdә Altı ağac kәndi yaxınlığında qәdim Ptychodus deccurrens skat balığının, Tәbaşir çöküntülәrindә köpәkbalığı növlәrinin dişlәri, Makop dәnizi çöküntülәrindә isә balıqların çoxsaylı sümük qalıqları, izlәri, otolitlәr tapılmış vә tәdqiq olunmuşdur.
    Azәrb.-da balıqların tәdqiqi ilә mәşğul olan ilk laboratoriya – Əkinçilik Departamenti nәzdindә “Bakı ixtioloji laboratoriyası” (indiki Azәrb. Elmi-Tәdqiqat Balıqçılıq Tәsәrrüfatı İn-tu) (1912), SSRİ EA Zaqafqaziya filialı nәzdindә “Su heyvanları” şöbәsi (1923), bu şöbәnin tәrkibindә isә “İ.” laboratoriyası (1948) yaradılmışdır. Ali vә orta ixtisas müәssisәlәrindә (BDU, ADPU, GDU, LDU, BBT vә s.) İ. ixtisası tәdris olunur. 1973 ildәn Avropa ixtioloqlarının konqresi keçirilir. Beynәlxalq balıqçılığın mәsәlәlәri, o cümlәdәn ov normalarının müәyyәnlәş dirilmәsi elmi әsaslarla ikitәrәfli vә beynәlxalq komissiyalar vә müqavilәlәrlә tәnzimlәnir. Müasir İ.-nın inkişafı bir çox cәhәtdәn balıqları onların öz tәbii mühitindә müşahidә etmәyә, nişanlanmış ayrı-ayrı fәrdlәrin vә bütöv sürünün yerdәyişmәsini izlәmәyә (mәsafәdәn ölçmә, hidroakustika, süni peykdәn qeydiyyat vә s.), seçmә ovu hәyata keçirmәyә, külli miqdarda mәlumatları emal etmәyә vә s. imkan verәn texniki tәchizatdan (akvalanq, batiskaf, videoaparatar vә s.) asılıdır. Balıq ehtiyatlarının nәzәrdә tutulan miqdardan artıq ovlanması nәticәsindә azalması, ekosistemin antropogen deformasiyaları (çirklәnmә, hidrotexniki qurğuların tikilmәsi, meliorasiya vә s.) ixtioloqların tәdqiqatlarına xüsusi aktuallıq verir. Eksperimental iş arsenalı tәkmillәşdirilir, balıqların davranışının müxtәlif formalarının (sürülәri, miqrasiyaları, qida әldә etmәlәri, kürülәmәlәri, hemo- vә elektro isti qamәtlәnmәlәri) öyrәnilmәsindә xeyli müvәffәqiyyәtlәr әldә olunmuşdur, onların davranışlarının idarә olunmasının elmi әsasları işlәnib hazırlanır. Balıqların seleksiyası, artırılması vә akvakulturası sahәsindә әsaslı uğurlar әldә edilmişdir. Balıq ehtiyatlarının qorunması üçün tәdbirlәr hәyata keçirilir. Balıqların introdoksiyasının müxtәlif nәticәlәri öyrәnilir. Molekulyar bioloji mәlumatlar әsasında balıqların tәbii sistemini qurmaq, o cümlәdәn onların yayılmasını vә say dinamikasını öyrәnmәk, balıqlar üzrә tәyinat kitabları, atlasların hazırlanması müasir İ.-nın mühüm problemi olaraq qalır. Müasir dünya ixtiofaunasına 25–28 min balıq növü daxildir.
    İxtioloji tәdqiqatların nәticәlәri bir sıra ixtisaslaşdırılmış vә ümumbioloji nәşrlәrdә (150-dәn çox) çap olunur. Rusiyada “Вопросы ихтиологии” (1953 ildәn), hәmçinin Kanadada “Сanadian Journal of Fisheries and Aquatic Sciences” (1901 ildәn), Yaponiyada “Japanese Journal of Ichthyology” (1950-ildәn); B. Britaniyada “Journal of Fish Biology” (1969 ildәn) vә “Fish and Fis heries” (2000 ildәn) ABŞ-da jurnalları, İxtioloji mәlumatlar massivi, A Global Information System on Fishes ixtisaslaşmış saytlarda yerlәşdirilmişdir.
    Əd.: С у в о р о в Е.К. Основы ихтиологии. 2-е изд. М., 1948; N e l s o n J. S. Fishes of the world. 4th ed. Hoboken, 2006; B a r t o n M. Bond’s biology of fishes. 3rd ed. Belmont, 2007. И б р а г и м о в Ш.Р. Паразиты и болезни рыб Каспийского моря (эколого-географический анализ, эпизоотологическая и эпидемиологическая оценка). Б., 2012; M u s t a f a y e v N.C. Azәrbaycanın daxili su hövzәlәri balıqlarının morfo-bioloji vә ekoloji xüsusiyyәtlәri, vәtәgә balıqlarının ehtiyatlarının tәnzim olunması yolları. B., 2017.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”