İXTİOSTÉQA (Ichthyostega) – әn qәdim suda-quruda yaşayan. Qrenlandiyada Üst Devondan mәlumdur. Uz. 1 m-әdәk olmuşdur. Skeletinin quruluşunda balıqların vә dördayaqlı heyvanların әlamәtlәri birlәşmişdir (uyğun gәlir). Kәllәnin tәpә hissәsi yanaq lövhәsinә bitişmişdir; tәpәaltı sümük sonuncunun tәrkibinә daxildir. Qәlsәmә aparatı mәlum deyil. Seysmosensor kanalları kәllә sümüklәrinin içәrisinә keşmişdir. Qabırğaları kirәmitşәkilli düzülmüşdür. Ətrafları qısa, iridir; arxa pәncәlәrindәki yeddi barmaqdan üçü balaca olub bir-birinә sıx yerlәşmişdir. Ətraf üzgәc şüaları şaquli dәri pәrini saxlamağa kömәk edirdi. Quyruğunun dәrisi pulcuqlarla örtülü olmuşdur. İ. şirin sularda yaşayırdı. Ən qәdim dördayaqlıların az mәlum olan qollarından biridir.










