İXTİRA, s ö z ü n g e n i ş m ә n a s ı n d a – texnikanın mövcud sәviyyәsini yüksәltmәklә mәsәlәnin yeni texniki hәlli. Mәhdud mәnada İ. dövlәtin İ. kimi tanıdığı vә ölkәnin mövcud qanunvericiliyinә uyğun mühafizә etdiyi texniki nәticәdir. Tәklifi İ. kimi tanımaq üçün bir sıra әlamәtlәr müәyyәn edilmişdir. Mәsәlәnin texniki hәlli mühüm yeniliyi ilә fәrqlәnmәli, hәll edilәn mәsәlә әmәli xarakter daşımalı, praktik tәlәbin ödәnilmәsi ilә bağlı olmalıdır. Mәsәlәnin texniki xarakterli hәlli dedikdә qurğular (o cümlәdәn sxemlәr), üsullar (texnologiya), maddәlәr (materiallar) vә s.-nin yaradılması, dәfәlәrlә tәkrar olunması, yaxudda әvvәlcәdәn mәlum olan qurğunun, üsulun, maddәnin yeni tәyinat üzrә tәtbiqi başa düşülür. İ. müәlliflik şәhadәtnamәsi, yaxud patent ilә mühafizә olunur.










