İXTİSASLAŞDIRILMIŞ EHM – hesablama maşınının strukturunu vә әsas texniki xarakteristikalarını tәyin edәn müәyyәn sinif mәsәlәlәrin hәlli üçündür. EHM-lәrin ixtisaslaşdırılması onların riyazi tәminatını asanlaşdırır, aparat sәrfiyyatını azaldır, dәqiqliyin vә mәhsuldarlığın yüksәldilmәsini tәmin edir. Tәyinatına görә idarәedici vә modellәşdirici İ. EHM-lәrә ayrılır. İ d a r ә e d i c i EHM, adәtәn, real zaman miqyasında işlәyir (EHM-dәki bütün hesablama әmәliyyatları idarә olunan prosesin sürәtinә uyğun tempdә yerinә yetirilir) vә dinamik sistemlәrin, UA-ların, texnoloji proseslәrin vә s. idarәolunması üçün istifadә edilir. M o d e l l ә ş d i r i c i EHM real obyektlәrin (mәs., hidroqovşaq, energetik sistem) vә s.-nin riyazi modellәri üzәrindә mühәndis mәsәlәlәrinin hәlli üçün nәzәrdә tutulmuşdur. Bәzәn hәrf-rәqәm informasiyasının böyük massivlәrini emal edәn verilәnlәr bazasının idarәetmә sistemlәrindә vә informasiya-axtarış sistemlәrindә tәtbiq olunan EHM-lәr dә ixtisaslaşdırılmış EHM-lәrә aid edilir.










