Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İJMALILAR
    İJMALILAR, k o m i - i j m a l ı l a r (özlәrini i z v a t a s adlandırırlar; Rusiyanın Avropa hissәsindә özlәrini k o m i , digәr komilәri isә zıryanlar adlandırırlar) – Şimali Uralyanıda vә Uralarxasında komilәrin etnik qrupu. Sayları 6,4 min nәfәr (2010), o cümlәdәn Komi Resp.-nda 5,7 min nәfәr, Tümen vil.-ndә 0,2 min nәfәr, Murmansk vil.-ndә 0,5 min nәfәr, Yamal-Nen Muxtar mahalında 0,1 min nәfәrdir. Qeyri-rәsmi mәlumatlara görә, sayları 50–60 min nә fәrdir. Əsasәn, komi-zıryan dilinin ijma dialektindә, hәmçinin rus dilindә danışırlar. Dindarların çoxu xristiandır.
    İ.-ın formalaşdığı mәrkәz İjma çayının hövzәsidir. Onların әcdadları, ehtimal ki, Mezen çayı boyundan vә Vım çayının yuxarı axarlarından gәlmiş, 16 әsrin ikinci yarısında İjma qәs.-ni (ilk dәfә 1576 ildә qeyd edilir; indiki İjma k.) salmışdılar. İlk mәskunların tәsәrrüfatı әmtәәlik xәzlik heyvan ovuna әsaslanırdı, әkinçilik (yulaf, çovdar, tәrәvәz) vә heyvandarlıq (qaramal vә davar) yardımçı tәssәrüfat sәciyyәsi daşıyırdı. 17 әsrin sonları – 18 әsrin әvvәllәrindә xәzlik heyvanların sayının azalması sәbәbindәn nәqliyyat maralçılığı әsasında yaranan köçәri maralçılığa keçmәyә başladılar. Maralçılığın yayılması İ.-ın әksәriyyәtinin köçәri hәyat tәrzinә keçmәsinә, geniş әrazilәrә yayılmasına, maralçılıq mәhsullarının satış vә emalı, әsasәn, zamşanın kustar istehsalı mәrkәzlәri olan qәsәbәlәrin salınmasına sәbәb oldu. 19 әsrin ortalarınadәk İ. Orta vә Aşağı Peçora hövzәsindә vә Bolşezemelskaya tundrasında mәskunlaşmışdılar. 19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindә İ.-ın yığcam qrupları Qәrbi Sibirә vә Kola y-a-na köçmüşdü.
    Torpaq sahәsi, biçәnәyi, maral sürüsü, köçәri maralçılıq cığırı (verqa) olan varlı İ.-ın birlikdә yaşayan böyük ailәlәri (semmya) var idi. Onların tәrkibinә daxil olan nuklear ailәlәri (qozyalar, hәrfi mәnada cütlük) hәqiqi vә ya sosial qohumluq әlaqәlәri bağlayırdı. Adәtәn, maralçılıqla mәşğul olan iki ailә köç edir, digәrlәri isә әkinçilik, heyvandarlıq, ovçuluqla mәşğul olur, mәhsulun emalı vә satışına cavabdehlik daşıyırdı. Əsasәn, cәrgәvi planlı kәndlәr çay kәnarlarında, maral sürülәrinin keçid yerlәrindә yerlәşirdi. Ənәnәvi evlәri cәnubi komilәrdәn fәrqli olaraq, çox vaxt üst vә alt mәrtәbәlәri yaşayış üçün nәzәrdә tutulmuş beşdivarlı evlәr idi. Köç zamanı nen tipli, lakin ölçülәrinә görә böyük vә mәrkәzindә şüvül (sımza) olmayan çumlarda yaşayırdılar. Çum pәrdәlәrlә ocağı vә girişinin qarşısında ibadәt yeri olan mәrkәzi “ümumi” otağa vә hәr nuklear ailә üçün iki hissәyә (çombek) ayrılırdı. Minik (dad) vә yük (dod) maral nartaları nenlәrinkinә bәnzәrdir, lakin nisbәtәn böyük vә konstruktiv xüsusiyyәtlәrә malikdir. Taxtadan oyulmuş yastıdibli vә kil qayıqlar yayılmışdır.
    İjmalılar әnәnәvi Lud bayramında.
     
    Hәm kişilәr, hәm dә qadınlar yalnız bayırda xәzdәn nen tipli malitsa vә sovik geyirdilәr. Yayda soyuq havada sovik mahuddan olurdu. Bütün komilәr üçün sәciyyәvi olan yemәklәrdәn başqa, maralçılıq mәhsulları ilә dә qidalanırdılar; mәxsusi qaydada duza qoyulmuş balıq geniş yayılmışdır. Digәr komilәrlә müqayisәdә İ.-da xristianlığaqәdәrki elementlәr az saxlanılmışdır. Tәqvim ayinlәrindәn istehsal ilinin ortası hesab olunan İllya-lun xüsusi әhәmiyyәt kәsb edir: maralçılar payız köçünün başlanmasını qeyd edәrәk rәmzi şәkildә öz nartalarını şm.-dan c.-a döndәrir, idman yarışları keçirirdilәr. Oturaq İ. hәmçinin biçәnәyin başlanması kimi İvan-lunu (Lud) da qeyd edirdilәr. Şifahi yaradıcılıqlarına nen eposunun süjetlәrini әks etdirәn vә ehtimal ki, 19 әsrin ikinci yarısında Usa çayı hövzәsindә nenlәrin komidilli qrupuna aid kolvalılar tәrәfindәn yaradılmış İjma-Kolva eposu da daxildir. İ. üçün beşik, toy, yas, mübarәkdarlıq mahnıları sәciyyәvidir. Mәzәli mahnılar vә nәqaratlar, nağıllar da geniş yayılmışdır. Xәz mozaikası, qoyun yunundan naxışlı toxumalar, tozağacı qabığından hörmәlәr kimi sәnәt sahәlәri inkişaf etmişdir.
    İ. özünüdәrki, әnәnәvi tәsәrrüfat vә mәdәniyyәtlәrini qoruyub saxlayırlar. Şәhәrlәrdә 1,5 min nәfәr yaşayır (2002). 1990-cı illәrin әvvәllәrindәn regionlararası qurultaylar keçirilir, 1990 ildә “İzvatas” assosiasiyası (hazırda Regionlararası ictimai hәrәkat) yaranmışdı. İjma dialektindә qәzet mәqalәlәri nәşr olunur, radio vә televiziya proqramları hazırlanır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”