Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İJÉVSK 
    İJÉVSK – RF-dә şәhәr. Udmurt Resp.-nın paytaxtı. Əh. 643,5 min (2016). Resp.-nın c. hissәsindә, İj çayı sahilindәdir. Avtomobil vә d.y.-ları qovşağı. Aeroport.
    1760 ildә dәmir emalı z-du әtrafında qәsәbә kimi salınmışdır. Z-d müxtәlif növ silahlar istehsal edirdi. 1916 ildә şәhәri Moskva–Kazan d.y. ilә birlәşdirәn Aqrız–İjevsk–Votkinsk d.y. xәtti çәkilmişdir. 1917 il noyabrın 9-da İ. z-du qәs. Sovetlәrin hakimiyyәtinә keçmişdir. 1918 il fevralın 21-dә şәhәr statusunu almışdır. İ. Vәtәndaş müharibәsi dövründә (1917–22) 1918 ildә baş vermiş İjevsk-Votkinsk üsyanının mәrkәzlәrindәn biri olmuşdur. 1919 ilin aprelindә admiral A.V.Kolçakın qoşunları, hәmin il iyunun 7-dә Fәhlә-Kәndli Qırmızı Ordusunun qüvvәlәri tәrәfindәn tutulmuşdur. 1921 ilәdәk Vyatka qub.-nın Sarapul qәzasının iki vilayәtinin (Dağüstü vә Çayarxası) mәrkәzi, 1921 ildәn Votsk (1932 ildәn Udmurt) MV-nin qәza mәrkәzi, Udmurt MSSR paytaxtı (1934–91) olmuş, 1991 ildәn Udmurt Resp.-nın paytaxtıdır. 1984–87 illәrdә şәhәr Sovet İttifaqı marşalı D.F.Ustinovun şәrәfinә Ustinov adlanırdı.
    İj çayı şәhәri 2 hissәyә (Dağüstü vә Çay arxası) bölür. İ. 1809 ildәn müntәzәm plan әsasında tikilmişdir (memar S.Y.Dudin vә b.). Oyma haşiyәli taxta evlәr vә klassisizm üslubunda daş tikililәr saxlanılmışdır: dәmir emalı z-dunun baş korpusu (1809–44, memar Dudin), onun Arsenalı (1823–25, memarlar Dudin, A.P. Belyaninov vә b.), Aleksandr Nevski baş kilsәsi (1820–23, memar L. Ruska). 1856 vә 1916 illәrdә tikilmiş mәscidlәr 1930-cu illәrdә dağıdılmışdır. Hazırda İjevsk camesi (1932, minarә 1991; yanaşı yeni binası 1996), İman Nurı mәscidi (2006–09), Mәrkәzi mәscid (2003–16) fәaliyyәt göstәrir. 1961 ilin baş planına әsasәn Hökumәt evi (1965) ilә birlikdә inzibati-mәdәni mәrkәz (Dağüstü hissәdә) yaradılmışdır. Dram teatrının (1945), Resp. Kitabxanasının (1958) binaları vә s. neoklassisizm üslubundadır. Gәnclәr sarayı 1979 ildә inşa olunmuşdur. Şәhәrdә görkәmli şәxsiyyәtlәrә abidәlәr qoyulmuşdur.
     REA-nın Ural Bölmәsinin Udmurt Elmi Mәrkәzinin (1991) tәrkibinә tarix, dil vә әdәbiyyat (1931; 1988 ildәn indiki adı ilә), fizika-texnika (1983), tәtbiqi mexanika (1991) in-tları vә REA-nın Ural Bölmәsinin iqtisad in-tunun filialı daxildir. Dövlәt ali mәktәblәri: Udmurt (1931; 1972 ildәn indiki adı ilә), Texniki (1952; 1995 ildәn indiki adı ilә) un-tlәri, Tibb (1933; 1995 ildәn indiki statusu ilә), K.t. (1943; 1995 ildәn indiki adı vә statusu ilә) akademiyaları fәaliyyәt göstәrir. Milli (1918), Resp. Uşaq vә gәnclәr (1919), N.A.Nekrasov ad. mәrkәzi bәlәdiyyә (1960; 20-dәn artıq filialı ilә) kitabxanaları; K.Gerd ad. Udmurt Resp.-nın milli (1920), tәsviri sәnәt (1980) muzeylәri, hәmçinin “Ludorvay” memarlıq-etnoqrafiya muzey-qoruğu (1980; 1997 ildә açılmış, 2004 ildәn indiki adı vә statusu ilә), M.T.Kalaşnikov ad. atıcı silahlar muzey-sәrgi kompleksi (2004) var.
    İjevsk şәhәrindәn görünüş.
    Milli Udmurt (1931), V.Q.Korolenko ad. rus dram vә kukla (hәr ikisi 1935), “Aykay” folklor mahnıları (1990), gәnclәr (1992), Udmurt opera vә balet (1958; 1993 ildәn indiki adı vә statusu ilә) teatrları, Udmurt dövlәt filarmoniyası (1931), simfonik orkestri (1992), xor kapellası, nәfәs alәtlәri orkestri, “İtalmas” dövlәt mahnı vә rәqs ansamblı (1936), “Tanok” dövlәt mahnı, musiqi vә rәqs ansamblı (1990), P.İ.Çaykovski ad. İ. bәlәdiyyә kamera xoru, sirk (1926; 2003 ildәn yeni banada) var. P.İ.Çaykovski ad. (1957 ildәn hәr il) vә әnәnәvi musiqi alәtlәri (2005 ildәn) beynәlxalq festivalları keçirilir.
    Müntәzәm olaraq dama üzrә iri beynәlxalq yarışlar, o cümlәdәn dünya çempionu adı uğrunda matçlar (1993, 1998, 2003, 2004), 1998 ildә biatlon üzrә Avropa çempionatı keçirilmişdir.
    İ.-dә Udmurtiyanın sәnaye mәhsullarının 1/2-indәn çoxu istehsal edilir. Müdafiә kompleksi sәnayesi vә maşınqayırma (o cümlәdәn avtomobil istehsalı) inkişaf etmişdir. “İjevsk” maşınqayırma z-du vә “İjmaş” qrupu müәssisәlәri, o cümlәdәn “İjevsk motosikletlәri”, “İjmaşdәzgah” (torna, aqreqat, burğu dәzgahları, avtomatik xәtlәr vә s.), “İjevsk alәtlәr z-du” (o cümlәdәn metalkәsәn, yivaçan, abraziv alәtlәr), “İjevsk silah z-du” (Kalaşnikov avtomatının müxtәlif modifikasiyaları, snayper tüfәnglәri vә s.), “İjmaş” (müdafiә sәnayesi mәhsulları, o cümlәdәn idarә olunan mәrmilәr) mühüm rol oynayır. Müdafiә kompleksinin digәr müәssisәlәrinә “Kupol” elektromexanika z-du (o cümlәdәn TOP-M1, OCA raket komplekslәri vә zenit-raket komplekslәri), mexanika z-du (atıcı vә pnevmatik silahlar, tibb texnikası vә s.), “Aksion-holdinq” motozavodu (müxtәlif sinif vә yerlәşmә raket komplekslәrinin bort vә yerüstü idarәetmә sistemlәri, yüksәkdәqiqlikli silahlar, xüsusi rabitә aparatları vә s.) aiddir. “İjAvto” avtomobil z-du (VAZ-21043, İJ-27175 minik vә kommersiya avtomobillәri, “KİA” Koreya şirkәtinin “Spektra”, “Rio” vә “Sorento” modellәri minik avtomobillәrinin yığılması), hәmçinin “Bummaş” (texnoloji xәtlәr, neft-qaz, ağac emalı, sellüloz-kağız, yeyinti sәnayesi üçün avadanlıqlar), “İjneftmaş”, podşipnik z-du, “Reduktor” (kontaktsız nәzarәt sistemlәri, reduktorlar vә s.), “İjevsk radio z-du” müәssisәlәr qrupu (telemetrik vә radiotexniki bort komplekslәrinin işlәnib hazırlanması, abonent terminalları vә s.), “İjstal” metallurgiyazdu (2004 ildәn “Meçel” şirkәtinin tәrkibindәdir; çeşidli prokat, döymә vә ştamplama növlәri), plastik kütlә z-du (polimer xammalın emalı üzrә Rusiyanın әn iri müәssisәlәrindәn biri); yüngül (o cümlәdәn bәdii sәnәtkarlıq f-ki; milli ornamentli xalçalar, ayaqaltılar, baş yaylıqları) vә yeyinti sәnayesinin çoxsaylı müәssisәlәri fәaliyyәt göstәrir. Tikinti materialları istehsal edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”