İKAT SİLSİLƏSİ – RF-dә, Buryat Resp. әrazisindә dağ silsilәsi. Barquzin silsilәsindәn dağarası Barquzin çuxuru ilә ayrılır.Uz. 300 km-dәn çoxdur. Hünd. 2574 m-әdәk. Yüksәk dağlıq relyef üstünlük tәşkil edir; hamar zirvәlәr var. Əsasәn metamorfik şistlәrdәn vә qranitlәrdәn ibarәtdir. Barquzin çayı silsilәnin q. yamacından başlanır. Çoxlu göl vә termal su çıxışları var. Yamaclarının aşağı hissәsi meşә-çöl, nisbәtәn yuxarıları qaraşam tayqası, daha yuxarıları isә sidr kolluqları vә dağlıq tundradır.










