İKİ NÖMRƏLİ QAYIDIŞ – Azәrb. Resp. Füzuli r-nunda qәsәbә. İki Nömrәli Qayıdış ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 45 km ş.-dә, düzәnlikdәdir. Əh. 498 (2021); üzümçülük, taxılçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, musiqi mәktәbi, uşaq bağçası, kitabxana, tibb mәntәqәsi, klub var.










