İKİEVLİ BİTKİLƏR – erkәk (erkәkcikli) vә dişi (dişicikli) çiçәklәri müxtәlif fәrdlәr dә yerlәşәn çiçәkli bitki növlәri. İ.b.-ә, mәs., söyüd, ağcaqovaq, qovaq, әncir, çay tikanı, püstә, çәtәnә, bir çox tәrәvәz bitkilәri aiddir. Maqnoliyakimilәr fәsilәsinin nümayәndәlәri arasında İ.b. tәqr. 3–4% tәşkil edir. Çox zaman eyni növә aid bitkilәr arasında erkәk çiçәklәrә malik fәrdlәrin boyu dişi çiçәkli fәrdlәrinkindәn balaca olur. İkievlilik öz-özünә tozlanmanın qarşısını almağa xidmәt edәn vasitә olub, әtraf mühit şәraitinә daha yaxşı uyğunlaşan formaların әmәlә gәlmәsinә sәbәb olur. İ.b. çiçәkli olmayan bitkilәr (bir çox yosunlar, bәzi mamırlar, qıjılar, saqolar) arasında da var. Belә İ.b.-dә erkәk (anteridilәr) vә dişi (ooqonilәr vә ya arxeqonilәr) cinsi orqanlar müxtәlif fәrdlәrdә olur.
Qara batbat (Hyoscyamus niger).










