İKİİLLİK BİTKİLƏR, i k i i l l i k l ә r –iki vegetasiya dövrü yaşayan bitki növlәri. Hәyatının birinci ilindә onlar yalnız ve getativ orqanlar әmәlә gәtirir, böyümә vә qış şәraitindә yaşayıb sağ qalmaq üçün zәruri ehtiyat qida maddәlәri toplayır, ikinci ilindә – çiçәklәyir, meyvә verir, bundan sonra quruyur. İ.b.-ә kәlәm, yerkökü, turp, şalğam, çuğundur vә b. becәrilәn bitkilәr, hәmçinin bir çox yabanı növlәr (mәs., ağ vә sarı barınc, batbat) aid edilir. Ətraf mühitin әlverişsiz şәraitindә (güclü quraqlıq, isti) bitkilәr hәyatının birinci ilindә çiçәklәyә vә az toxum verә bilәr.










