Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI -  “İQDAM”)
    İKİQUYRUQLULAR
    İKİQUYRUQLULAR, ç ә n g ә l q u y r u q l u l a r (Diplura) – altıayaqlılar sinifüstünün (Hexapoda) buğumayaqlılar qrupu. Uzun müddәt onlara entoqnat cücülәrin (gizliçәnәlilәr) primitiv ilk qanadsızlar dәstәsi kimi baxırdılar. Hazırda onları çox vaxt müstәqil sinif hesab edirlәr. İ.-ın әn qәdim qazıntı qalıqları Karbon çöküntülәrindәn mәlumdur. Bәdәni (5–7 sm uz.-da) açıq rәnglidir, birbuğumlu pәncәli 3 cüt ayağı var. Qarıncığı 11-buğumludur, sonuncu çıxıntıları (serkaları) müxtәlif formada olur. Gözlәri yoxdur; ağız aparatı baş kapsulunda gizlәnmişdir. İnkişaf etmiş traxeya sistemi var. 2 yarımsinifdә (dәstәdә) birlәşmiş 800-ә yaxın növü var. Əsasәn, tropik vә subtropiklәrdә yayılıbdır. Azәrb.-da Campodea staphylinus, C. plusiochaeta növlәri Küryanı tuqay meşәlәrindә, Lәnkәran  r-nunda, Şәki-Zaqatala zonasında yayılmışdır. Yırtıcı, bitkiyeyәn vә saprofaqdırlar. Rütubәtli torpaq döşәmәlәrindә vә torpaqda yaşayırlar. Mayalanma spermatoforların kömәyi ilә xarici-daxilidir. İnkişafı metamorfozdur (protometoboliya), yumurtadan çıxmış nimfalar yaşlı fәrdlәrdәn ölçülәrinә, buğumlarının, bığcıqlarının vә s. az sayda olmasına görә fәrqlәnir. Yaşlı halda qabıqdәyişmә sәciyyәvidir. Ananın davranışında rüşeym, yumurta vә nimfaların qorunması hallarının ilkin formaları mәlumdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI –  “İQDAM”